Icma.az
close
up
RU
“Dövlət Gömrük Komitəsi prezidentin fərmanına zidd addımlar atır” Ekspert faktları ortaya qoydu

“Dövlət Gömrük Komitəsi prezidentin fərmanına zidd addımlar atır” Ekspert faktları ortaya qoydu

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

"Uzun müddətdir ki, Dövlət Gömrük Komitəsinin inzibati binasının tikintisi başa çata bilmir. Azərbaycan reallığında olub ki, bir mərkəzi icra qurumunun hesabına tikilən inzibati binaya başqası sahib çıxıb. Odur ki, DGK-nın da hansısa qurumlarla birləşəcəyi fikirləri gündəmdən düşmürdü. Az qala sabiq sədr Səfər Mehdiyevin dövründən hazır olan binaya köçün ləngiməsi səbəbləri ilə maraqlandıqda maraqlı bir mənzərə ilə rastlaşdım. Qlobal Uptime İnstitutunun rəsmi internet resursundan görünür ki, sən demə, DGK yeni inzibati binada həm də "Tier III” səviyyəli nəhəng bir Data Mərkəz qururmuş”.

AZXEBER.COM xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.

"Uptime İnstitutu Data Mərkzələrin performansını, etibarlılığını və səmərəliliyini artırmağa yönəlmiş qlobal bir təşkilatdır. Data Mərkəzlərin dizaynı, tikintisi və fəaliyyəti üçün beynəlxalq səviyyədə qəbul edilmiş "Tier Standart”ı da bu quruma məxsusdur. İndi bu qurum deyir ki, DGK "Tier III” standartlı Data Mərkəz qurur. Maraqlı tərəf isə bundan ibarətdir ki, DGK-nın bu addımı Prezidentin "Hökumət buludu” ilə bağlı Fərmanı ilə daban-dabana ziddir. Həmin Fərmana görə, səmərəlilik və optimallaşma, xərclərin azaldılması və təhlükəsizlik baxımından dövlət resursları vahid bir "Hökumət buludu”nda saxlanılmalıdır. Son zamanlar da dövlət büdcəsindən "Hökumət buludu”nun operatoru olan "AzİnTelecom” şirkətinə hökumətin "Tier III” səviyyəli Data Mərkəzinin inkişafı üçün yetərincə vəsaitlər ayrılıb. Elə bu günlərdə həmin qurum ölkədə 2-ci olan süni intellekt əsaslı Superkompüter Mərkəzinin qurulması ilə bağlı 7.5 milyonluq bir tender də elan edib. Yəni görünən budur ki, Prezidentin məlum fərmanında qarşıya qoyulan optimallaşma və səmərəlilik nəinki əldə edilib, əksinə, dövlət büdcəsinin bu istiqamətdəki xərcləri daha da artıb. Maraqlıdır ki, "AzİnTelecom” da, Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də bu məsələyə münasibət bildirməyib. "Tier III” standartı tələb edir ki, Data Mərkəzin mütləq "backup” (ehtiyat) Mərkəzi də qurulmalıdır. Yəqin bu yaxınlarda eşidərik ki, DKG Yevlaxda, yaxud Hacıqabulda daha bir Mərkəz də quracaq. Nə deyək, xeyirli olsun! Ümid edirəm, Prezident fərmanlarının icrasına nəzarət edənlər də baş verənlərin fərqindədir”, - ekspert bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Aprel 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri