“Həkimlər sertifikat yox, akkreditasiya əsasında fəaliyyət göstərməlidir”
Adil Qeybulla: “Dünyanın heç bir yerində həkimlər sertifikat əsasında fəaliyyət göstərmir”
“Həkimlərin fəaliyyəti ilə bağlı akkreditasiya sistemi yaradılmalı, onların fəaliyyəti bu sistem tərəfindən tənzimlənməlidir”.
Bunu Moderator.az-a açıqlamasında professor Adil Qeybulla bildirib. Professir qeyd edib ki, bu, həkimlərin fəaliyyətinin daha effektiv tənzimlənməsi baxımından zəruridir:
“Akkreditasiya sistemində bütün sənədlər yoxlanılır, qeydiyyata alınır, bundan sonda müvafiq lisenziya verilir. Həmin lisenziyada göstərilir ki, bu həkim bu sahədə tutaq ki, 5 il fəaliyyət göstərə bilər. Əgər 5 ildən sonra fəaliyyətini davam etdirmək istəyirsənsə, o zaman yenidən yoxlamadan keçir və gərəkli lisenziyanı alır. Bizdə isə sertifikat deyilən bir şey ortaya atıblar. Hansı ki, bu,, dünyanın heç bir yerində yoxdur”.
Seymur ƏLİYEV