Icma.az
close
up
RU
Dövlət içində dövlət: Gizli agentin qətli ABŞ ı hərəkətə gətirdi KONKRET

Dövlət içində dövlət: Gizli agentin qətli ABŞ ı hərəkətə gətirdi KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1985-ci il fevralın 7-də ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) Meksikanın Quadalaxara şəhərində fəaliyyət göstərən xüsusi agenti Enrike “Kiki” Kamarena həyat yoldaşı ilə nahar etmək üçün ABŞ-ın baş konsulluğunun binasından çıxdı. Bu, adi bir günorta görüşü olmalı idi. Lakin bir neçə dəqiqə sonra onu Meksikanın korrupsiyaya qurşanmış təhlükəsizlik əməkdaşları zorla avtomobilə mindirərək qaçırdılar.

Bu hadisə ABŞ-la Meksika arasında ciddi diplomatik gərginliyə, DEA tarixinin ən genişmiqyaslı qətl araşdırmalarından birinə və Latın Amerikasının narkotik aləmini silkələyən əməliyyata səbəb oldu.

Bəs Kiki Kamarena kim idi və onun öldürülməsinə hansı hadisələr yol açmışdı?

1985-ci ilin əvvəlinə qədər keçmiş dəniz piyadası, DEA-nın Quadalaxarada ezam olunmuş xüsusi agenti Enrike “Kiki” Kamarena Meksikanın ən güclü narkotik təşkilatlarından biri olan Quadalaxara kartelinin əsas düşməninə çevrilmişdi. Kartelə Miqel Anxel Feliks Qalyardo (“El Padrino”), Rafael Karo Kintero və Ernesto Fonseka Karrilyon (“Don Neto”) rəhbərlik edirdi.

Kamarena Meksikanın narkotik imperiyasının mərkəzində gizli fəaliyyət göstərir, kartelin strukturu və narkotik istehsalı barədə mühüm məlumatlar toplayırdı.

Onun topladığı kəşfiyyat məlumatları 1984-cü ilin noyabrında Meksika hərbçilərinin Çivavua ştatında yerləşən “Ranço Buffalo” adlı nəhəng marixuana plantasiyasına basqın etməsində həlledici rol oynadı. Təxminən 2 500 akr ərazini əhatə edən bu plantasiyada minlərlə insan işləyirdi.

Əməliyyat nəticəsində ümumi dəyəri milyardlarla dollarla ölçülən, 10 min tondan artıq marixuana müsadirə edilərək məhv edildi. Bu, narkotik ticarəti tarixində həmin dövrə qədər kartellərdən birinə vurulmuş ən böyük maliyyə zərbələrindən biri idi.

Nəhəng plantasiyanın məhv edilməsi kartel rəhbərlərini qəzəbləndirdi. Onlar məlumatın ABŞ-ın Quadalaxaradakı konsulluğunda çalışan bir mənbədən sızdırıldığına inanırdılar. Karo Kintero və Feliks Qalyardo DEA-nın nə qədər məlumat əldə etdiyini və kəşfiyyat məlumatlarını kimin ötürdüyünü öyrənmək üçün Kamarena­nın qaçırılmasına qərar verdilər.

Qaçırılma əməliyyatı

1985-ci il fevralın 7-də, saat 14:00 radələrində tələ işə düşdü.

Kamarena həyat yoldaşı Mika ilə nahar etmək üçün avtomobilinə tərəf gedərkən beş silahlı şəxs onun qarşısını kəsdi. Onların arasında Meksika Federal Təhlükəsizlik İdarəsinin (DFS) korrupsioner əməkdaşları da var idi. Silahlılar şəxsiyyət nişanlarını göstərdikdən sonra agentin başına gödəkçə keçirərək onu bej rəngli “Volkswagen Atlantic” markalı avtomobilə zorla mindirdilər.

Bir neçə saat sonra kartel üzvləri Kamarena ilə yanaşı, onun narkotik plantasiyasının aşkar edilməsinə kömək edən hava kəşfiyyatı uçuşlarını həyata keçirmiş meksikalı pilot Alfredo Zavala Aveları da qaçırdılar.

Onlar Quadalaxarada, Lope de Veqa küçəsi, 881 ünvanında yerləşən, ciddi mühafizə olunan kartel malikanəsində saxlanılırdılar.

Kamarena burada otuz saatdan artıq amansız işgəncələrə və sorğu-suala məruz qaldı. Kartellə əməkdaşlıq edən həkim Humberto Alvares Maçainin isə agentin dindirilmə zamanı huşunu itirməməsi üçün ona stimullaşdırıcı preparatlar yeritdiyi iddia olunur. İşgəncə və dindirmə prosesi kaset lentlərinə yazılırdı.

1985-ci il martın 5-də Kamarena və Alfredo Zavalanın ağır işgəncələr nəticəsində eybəcər hala salınmış, plastik örtüyə bükülmüş cəsədləri Miçoakan ştatının La Anqostura kəndi yaxınlığında, yol kənarında aşkar edildi.

ABŞ-ın cavabı: “Legenda” əməliyyatı

Amerikalı agentin qətlə yetirilməsi Vaşinqtonda böyük qəzəb doğurdu. ABŞ rəsmiləri yalnız narkokartelin törətdiyi cinayətlə deyil, həm də Meksikanın korrupsiyalaşmış dövlət strukturlarının hadisədəki mümkün rolu ilə üzləşmişdilər. Xüsusilə Rafael Karo Kinteronun Meksika Federal Təhlükəsizlik İdarəsinin himayəsi altında Quadalaxaradan şəxsi təyyarə ilə çıxmasına şərait yaradılması ciddi narazılıq yaratmışdı.

Bunun ardınca ABŞ “Legenda” (“Əfsanə”) adlı genişmiqyaslı əməliyyata başladı.

DEA-nın təcrübəli əməkdaşı Hektor Berreyesin rəhbərlik etdiyi xüsusi agentlər qrupu yerli təhlükəsizlik strukturlarının bir hissəsinə etimad etməyərək müstəqil istintaq xətti qurdu. Əməliyyat çərçivəsində şahidlər dindirildi, kartelin daxili əlaqələri araşdırıldı, rəhbərləri isə Latın Amerikasının müxtəlif ölkələrində izlənildi.

Nəticələr özünü çox gözlətmədi.

1985-ci ilin aprelində Rafael Karo Kintero Kosta-Rikada, dəbdəbəli malikanədə aşkar edilərək həbs olundu. Bir müddət sonra Ernesto Fonseka Karrilyon da Puerto-Valyartada saxlanıldı.

1989-cu ilin aprelində isə Meksika Federal Polisinin komandiri Gilermo Qonsales Kalderoni Quadalaxarada kartelin əsas rəhbəri Miqel Anxel Feliks Qalyardonu həbs etdi.

Bu həbslər Quadalaxara kartelinin parçalanmasına və onun yerində bir-biri ilə rəqabət aparan regional narkotik qruplaşmalarının meydana çıxmasına gətirib çıxardı. Sonralar Sinaloa və Tixuana kartelləri kimi tanınan təşkilatlar da həmin parçalanma prosesinin nəticəsində gücləndilər.

“Leyenda” əməliyyatının ən mübahisəli epizodlarından biri isə 1990-cı ildə baş verdi. DEA-nın maliyyələşdirdiyi şəxslər kartelin həkimi Humberto Alvares Maçaini Meksikanın Quadalaxara şəhərindən qaçıraraq ABŞ-ın Texas ştatındakı El-Paso şəhərinə apardılar. Məqsəd onu Kamarena qətlində iştirakına görə ABŞ məhkəməsi qarşısına çıxarmaq idi.

Bu hadisə ABŞ və Meksika arasında ciddi hüquqi mübahisəyə səbəb oldu və beynəlxalq hüquqda ekstradisiya, eləcə də xarici ölkə ərazisində şəxsin zorla tutulması məsələləri ilə bağlı ABŞ Ali Məhkəməsinin mühüm qərarlarından birinə yol açdı.

Kiki Kamarenanın xatirəsi

Enrike “Kiki” Kamarenanın xatirəsi ABŞ-da narkotiklərə qarşı mübarizənin simvollarından birinə çevrildi.

Onun doğulduğu Kaliforniya ştatının Kalexiko şəhərində «Qırmızı lent həftəsi» təşəbbüsü başladıldı. Sonralar bu kampaniya bütün ölkəyə yayıldı və hər il milyonlarla məktəblinin, müəllimin, valideynin və ictimaiyyət nümayəndəsinin iştirak etdiyi narkotiklərə qarşı maarifləndirmə tədbirlərindən birinə çevrildi.

Kamarena sadəcə narkotik kartelinin qurbanı deyildi. O, cinayətkar şəbəkələrin dövlət strukturlarına nüfuz etdiyi, korrupsiyanın hüquq-mühafizə sistemini zəiflətdiyi bir mühitdə fəaliyyət göstərən və gördüyü işə görə həyatını itirən agent idi.

Onun qətli ABŞ tarixində narkotiklərlə mübarizənin ən ağrılı səhifələrindən biri kimi yadda qaldı. Bu hadisə həm də bir daha göstərdi ki, narkotik ticarəti yalnız cinayətkar qruplaşmaların fəaliyyəti deyil, dövlət institutlarını, beynəlxalq münasibətləri və bütöv cəmiyyətlərin təhlükəsizliyini təhdid edən mürəkkəb problemdir.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Noyabr 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri