Icma.az
close
up
RU
Dövlət idarəçiliyində ciddi təcrübəyə, siyasi, diplomatik biliklərə malik olan rəhbərimiz var

Dövlət idarəçiliyində ciddi təcrübəyə, siyasi, diplomatik biliklərə malik olan rəhbərimiz var

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Milyardlarla insan bu görüşün təsirindən xəyal qırıqlığına uğradı. İnsanların hamısı siyasətçi və diplomat deyil, ona görə də bu görüş insanların psixikasında ciddi fəsadlar buraxdı. London səfəri və qarşılanma ümumilikdə müsbət olsa da, nəticə etibarı ilə irəliləyiş baş vermədi. Ukraynada insanlar küçəyə çıxaraq Zelenskini dəstəklədilər. Bütün bu qeyri müəyyən hadisələr onu göstərir ki, dünyada güclü və yeni konfiqurasiyanın yaranması labüddür. Amma burada yenə də iqtisadi maraqlar üzərində qurulan ciddi oyunçular var. Bu oyunçular bütün regionlarda öz maraqlarını həyata keçirmək üçün əsaslı bir prosesə başlayıblar. Trampın bir neçə dəfə "Mən sənə pul vermişəm" deməsi, 200-300 milyard ifadəsi, Zelenskinin 80 milyard ifadəsi onu göstərir ki, ABŞ bu maliyyə uyğunsuzluğunu boş buraxmayacaq. Köhnə komandanın təftişi başlanacaq və ən azı dörd il təmizləmə siyasəti həyata keçiriləcək.
Trampı narahat edən məsələlərdən biri də bu qədər pulun xərclənməsinə baxmayaraq, nəticənin olmamasıdır. Əvəzində isə nadir minerallardan qazanılan gəlirlər itirildi. Gələcək perspektivdə bu da əldən çıxdı. Birincisi, əslində həmin torpaqlar Rusiyanın nəzarəti altındadır, yəni işğal olunub.Və Rusiya işğal etdiyi torpaqlardan asanlıqla çıxmayacaq. Onda atəşkəsin şərtlərini qəbul etməsi üçün hansı motivlər var və hansı şərtlərlə razılaşmalar əldə olunacaq? Rusiya bu məqamda siyasi reallıqları nəzərə alıb kəskin hücum taktikasını seçəcəkmi? Bunun qarşısını almaq üçün hansı qüvvələr müdaxilə riskinə əl atacaqlar? Bax, bunlar dərin və düşündürücü məsələlərdir.
Avropada Zelenskinin qarşılanması müsbət xarakterizə olunsa da, nəticə etibarı ilə hələ ciddi nailiyyətlər görünmür. Çünki Amerika-İngiltərə münasibətlərində yumşaq soyuqluq hiss olunur. Almaniyanın hüquqi əsaslarla silahlanmanın qadağan olunması səbəbindən, İkinci Dünya Müharibəsindən sonra güc mərkəzi olmaması, Fransanın qlobal siyasətdə ciddi mövqeyə malik olmaması və Makaronun rəhbərliyi sayəsində beynəlxalq aləmdə ciddiyə alınmaması … Belə bir vəziyyətdə Avropanın Rusiya ilə müharibəyə girməsi inandırıcı görünmür. Əgər oyun qaydaları dəyişməzsə, bu, demək olar ki, mümkün deyil.
Bütün regionlarda dünyanın yeni baxışa və yeni münasibətlər sisteminə keçid diqtəsi qaçılmazdır.
Əsas məsələ isə dövlətimizin maraqlarının qorunması, millətimizin mənafeyinin təmin edilməsi və təhlükəsizliyidir. Burada ciddi təcrübəyə malik olmaq vacibdir. Təcrübə nəzəri biliklərin sınaqdan keçirilməsi və tətbiq olunması prosesidir. O, insanın inkişafına və daha təsirli qərarlar qəbul etməsinə kömək edir.
Hazırda dövlət idarəçiliyində ciddi təcrübəyə və elmi, siyasi, diplomatik biliklərə malik olan siyasi rəhbərimiz var. Bütün region və regiondan kənar strateji istəklərin qarşılığında dövlətçiliyimizin qorunması üçün bütün addımların atılmasına tam inanırıq. Biz bu yeni dünya düzəni qatarında öz müstəqil mövqeyimiz, ədalətli siyasətimiz və müdrik diplomatiyamızla mütləq, çoxsaylı sərnişinlərdən fərqli olaraq, daha böyük uğurlar qazanmaq şansına malikiy.
Bizim üçün siyasi, ictimai və milli baxımdan, bu ciddi və mürəkkəb dövrdə indiyə qədər etimad göstərdiyimiz siyasi liderə daha güclü dəstək verməyə hazırlıqlı olmaq vacibdir. Böyük insanın acısıda böyük olur; bundan qorxmaq qətiyyən lazım deyil. Biz millət olaraq, dövlət olaraq və lider olaraq çox böyükük, bunu özümüz qazanmışıq. Bu qazancımızı doğru və ağıllı şəkildə xərcləmək lazımdır.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 Mart 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri