Icma.az
close
up
RU
Dövlət İmtahan Mərkəzi ötən il 4 milyon manata yaxın xalis mənfəət əldə edib

Dövlət İmtahan Mərkəzi ötən il 4 milyon manata yaxın xalis mənfəət əldə edib

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü ili 3,739 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, DİM 2022-ci ildən 1,623 milyon manat xalis zərərlə çıxmışdı.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il DİM-in əməliyyat gəlirləri 38,983 milyon manat (əvvəlki ilə nisbətən 83,4 % çox), mal-material ehtiyyatları üzrə qiymətdəndüşmənin bərpası üzrə gəlirləri 121 min manat (3,2 dəfə az), investisiya gəlirləri 33 min manat (2,5 dəfə çox), digər gəlirləri 10 min manat (149,2 dəfə az), işçi heyəti üzrə xərcləri 21,777 milyon manat (34,8 % çox), amortizasiya xərcləri 2,907 milyon manat (6,4 % az), çap və redaktə xərcləri 5,949 milyon manat (4,1 dəfə çox), təmir və texniki qulluq xərcləri 514 min manat (6 % az), icarə xərcləri 292 min manat (29 % az), mühafizə xərcləri 255 min manat (3,4 % az), ehtiyyatların silinməsi xərcləri 284 min manat (əvvəlki il olmayıb), material xərcləri 778 min manat (33,2 %), ezamiyyə xərcləri 148 min manat (32,1 % az), digər xərcləri 1,695 milyon manat (54 % çox), mənfəət vergisi ödəmələri 676 min manat (40 dəfə çox), digər vergi ödəmələri isə 133 min manat (33,5 % az) təşkil edib.

Bu il yanvarın 1-nə DİM-in aktivləri 47,228 milyon manat olub ki, bu da illik müqayisədə 18,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 51,2 % artaraq 1,971 milyon manata, balans kapitalı isə 17,1 % artaraq 45,257 milyon manata çatıb.

DİM ölkə Prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://report.az
archiveBu xəbər 29 Dekabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri