Dövlət katibindən Tehrana xəbərdarlıq: Biz sizə hücumlarda iştirak etmirik, bizi hədəfə almamalısınız
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"İsrail ötən gecə İrana qarşı birtərəfli hücum aktı həyata keçirdi. Biz İrana qarşı hücumlarda iştirak etmirik. Bunu açıq şəkildə deyirəm"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin ötən gecə İranı bombalamasından dərhal sonra ABŞ dövlət katibi Marko Rubio deyib.
ABŞ dövlət katibi bildirib ki, hücumda yer almadıqları üçün İran ABŞ-ın maraqlarını və bölgədəki personalını hədəf almamalıdır: "ABŞ bu hücumda yer almayıb. Dediyim kimi, bizim əsas prioritetimiz bölgədəki Amerika qüvvələrini qorumaqdır".
Rubio etiraf edib ki, İsrail hücumdan əvvəl ABŞ-ı məlumatlandırıb: "Onlar bunu ölkələrinin qanuni müdafiəsi ilə əlaqələndirir. Bundan sonra ABŞ prezidenti Donald Trampın göstərişi ilə bölgədəki qüvvələrimizi qorumaq üçün bütün lazımi addımları atdıq. Regional tərəfdaşlarla əlaqədəyik. Bir daha Tehran rəhbərliyinə açıq deyim: İran ABŞ-ın maraqlarını və şəxsi heyətini hədəf almamalıdır. Bu, bizim açıq və rəsmi xəbərdarlığımızdır"
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 13 İyun 2025 08:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















