Dövlət Komitəsi “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası təşkil edib
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Yaşıl gələcək naminə - bir ağac da sən ək!” şüarı ilə növbəti ağacəkmə aksiyasını həyata keçirib.
Newscenter.az xəbər verir ki, Kürdəxanı və Abşeron rayonunda keçmiş məcburi köçkünlər üçün salınmış 1000 ailəlik məcburi köçkün qəsəbələrində baş tutan aksiya ölkəmizin suveren ərazilərində ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ətraf mühitin qorunmasına töhfə vermək məqsədini daşıyır. Aksiya çərçivəsində zeytun tingləri qəsəbənin istirahət məkanlarında və yol kənarlarında əkilib.
Ekoloji tarazlığın qorunması və ətraf mühitə qayğının artırılması məqsədilə təşkil olunan bu cür aksiyaların paytaxtda yerləşən məcburi köçkün şəhərciklərində mütəmadi keçirilməsi nəzərdə tutulur. Aksiyada Dövlət Komitəsinin nümayəndələri və qəsəbədə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər.
Qeyd edək ki, Dövlət Komitəsi əvvəlki illərdə də ekoloji təşəbbüslərə xüsusi önəm verib və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə də genişmiqyaslı ağacəkmə aksiyaları təşkil edib.
Süleyman
Bu mövzuda digər xəbərlər:“Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası təşkil edilib
19 May 2025 11:46
Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
27 Oktyabr 2025 17:12
Konstitusiya və Suverenlik ili çərçivəsində
16 Oktyabr 2025 17:31
Konstitusiya və Suverenlik ili çərçivəsində agacəkmə aksiyası
11 Aprel 2025 23:20
Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib
14 Mart 2025 16:52
Baxış sayı:108
Bu xəbər 02 May 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















