Icma.az
close
up
RU
Dövlət Komitəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb FOTOLAR

Dövlət Komitəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Diasporla İş üzrə Dövlət Komitəsində müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib. 

"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Liderin büstü önünə gül dəstəsi qoyulub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ulu Öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, eyni zamanda Azərbaycan diasporunun formalaşmasındakı misilsiz xidmətlərindən bəhs edib. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi xəttinin Azərbaycanın uğurlarının əsası olduğunu və bu xəttin Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini bildirib. Dövlət başçısının tapşırıqları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlərin görüldüyünü diqqətə çatdırıb. 

Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev və diaspor quruculuğu” filmi nümayiş olunub. Diaspor fəalları və komitənin gənc əməkdaşları çıxışlarında Azərbaycan xalqının onun taleyində və tarixində silinməz izlər qoyan Ulu Öndər Heydər Əliyevin xatirəsini hər zaman dərin ehtiramla yad etdiyini bildirib, Ümummilli Liderin xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacağını söyləyiblər. 

Sonda Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı, pianoçu, bəstəkar Vüsal Aydəmirovun Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “İthaf” adlı videoçarx göstərilib. 
DİDK-nın kollektivi, eləcə də diaspor fəalları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad ediblər. Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Dekabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri