Icma.az
close
up
RU
Dövlət Komitəsinin sədri ABŞ də Yuta Senatının prezidenti ilə görüşüb FOTO

Dövlət Komitəsinin sədri ABŞ də Yuta Senatının prezidenti ilə görüşüb FOTO

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Yuta Senatının prezidenti Adam Stüart ilə görüşüb.

Sherg.az quruma istinadən xəbər verir ki, görüşdə  Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. Bu il avqust ayının 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin imzaladıqları Birgə Bəyannamənin sülh prosesində tarixi dönüş nöqtəsi olduğu,  eyni zamanda dinlərarası harmoniya, tolerantlıq və birgəyaşayış ənənələrinin möhkəmlənməsində mühüm rol oynayacağına əminlik ifadə edilib.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycandakı tolerantlıq mühitinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsasında milli-mənəvi dəyərlərin qorunması və müxtəlif dinlərə mənsub insanların birgə, sülh şəraitində yaşamasını təmin etmək məqsədi dayanır. Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini tolerantlıq, multikulturalizm və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan cəmiyyət modelinin formalaşdığını qeyd edib. Vurğulayıb ki, Azərbaycanda bütün konfessiyaların, o cümlədən xristian dini icmalarının azad və təhlükəsiz şəkildə fəaliyyət göstərməsi üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılıb. Bunun bariz nümunəsi kimi İsa Məsihin Sonuncu Gün Müqqəddəsləri Kilsəsinin Azərbaycanda rəsmi qeydiyyatı, dövlətin dinlərarası tolerantlıq və bərabər münasibət prinsipinə sadiqliyinin praktik təzahürüdür. Komitə sədri Azərbaycan-ABŞ əlaqələrinin inkişafına töhfə verəcək qarşılıqlı təmasların əhəmiyyətini vurğulayaraq, Senat prezidentini Azərbaycana səfərə dəvət edib.

Səfər dəvətini minnətdarlıqla qəbul edən Adam Stüart əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, ölkəmizdəki multikultural dəyərlərin və dinlərarası harmoniyanın təqdirəlayiq olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tolerantlıq və dinlərarası həmrəylik mühitinin qorunmasına mühüm töhfələr verdiyini qeyd edib. O, Azərbaycan cəmiyyətində dini dözümlülük və mədəni müxtəlifliyin qorunması istiqamətində həyata keçirilən  siyasəti yüksək qiymətləndirdiyini vurğulayıb.

Azərbaycan - ABŞ arasında dinlər və mədəniyyətlərin dialoqu sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə Yuta Ştatının senatorları Kirk Kollimor, Mayk Makkel də iştirak ediblər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Oktyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri