Icma.az
close
up
RU
Yuta Senatının prezidenti Azərbaycandakı dinlərarası harmoniyanı yüksək qiymətləndirib

Yuta Senatının prezidenti Azərbaycandakı dinlərarası harmoniyanı yüksək qiymətləndirib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 oktyabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Yuta Senatının prezidenti Adam Stüart ilə görüşüb.

Qurumdan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. Bu il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin şşahidliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanmış Birgə Bəyannamənin sülh prosesində tarixi dönüş nöqtəsi olduğu, həmçinin dinlərarası harmoniya, tolerantlıq və birgəyaşayış ənənələrinin möhkəmlənməsinə mühüm töhfə verəcəyi qeyd edilib.

Ramin Məmmədov diqqətə çatdırıb ki, Azərbaycanda tolerantlıq mühitinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsasını milli-mənəvi dəyərlərin qorunması, müxtəlif dinlərə mənsub insanların birgə, sülh şəraitində yaşamalarının təmin olunması təşkil edir.

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini tolerantlıq, multikulturalizm və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan cəmiyyət modeli formalaşıb. Azərbaycanın bütün konfessiyaların, o cümlədən xristian dini icmalarının azad və təhlükəsiz fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaratdığı diqqətə çatdırılıb. Bunun bariz nümunəsi kimi İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Azərbaycanda rəsmi qeydiyyatı göstərilib.

R.Məmmədov Azərbaycan-ABŞ əlaqələrinin inkişafına töhfə verəcək qarşılıqlı təmasların əhəmiyyətini qeyd edərək, Yuta Senatının prezidentini Azərbaycana səfərə dəvət edib.

Səfər dəvətini minnətdarlıqla qəbul edən Adam Stüart ölkəmizdəki multikultural dəyərləri və dinlərarası harmoniyanı yüksək qiymətləndirib. O, Prezident İlham Əliyevin tolerantlıq və dinlərarası həmrəylik mühitinin qorunmasına verdiyi mühüm töhfələri qeyd edərək, əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycan ilə ABŞ arasında dinlər və mədəniyyətlərin dialoqu sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə Yuta Ştatının senatorları Kirk Kollimor və Mayk Makkel də iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri