Icma.az
close
up
RU
Dövlət Komitəsinin sədri ABŞ yə getdi

Dövlət Komitəsinin sədri ABŞ yə getdi

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Bu barədə Ölkə.az-a Dövlət Komitəsindən məlumat verilib.

Görüşlərdə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi nümayəndəsi səfir Tofiq Musayev də iştirak edib.

Sem Kligerlə görüş zamanı Azərbaycan-ABŞ münasibətlərinin inkişafında diasporun oynadığı rol əsas müzakirə mövzularından biri olub. Görüşdə RINA ilə Azərbaycan diasporu arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, gənclərə yönələn proqramların və liderlik təşəbbüslərinin həyata keçirilməsi, eləcə də müxtəlif icmalar arasında dialoqun gücləndirilməsinə xidmət edən birgə layihələrin hazırlanması imkanları nəzərdən keçirilib.

Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafına və Azərbaycan diasporunun ABŞ cəmiyyətində daha fəal rol oynamasına verdiyi töhfələrə görə Sem Kligerə təşəkkürnamə təqdim olunub.
Yakov Abramovla görüşdə isə Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzinin Azərbaycan və Qafqaz yəhudilərinin tarixi və mədəni irsinin qorunması, gələcək nəsillərə çatdırılması və tanıdılması istiqamətində gördüyü işlər yüksək dəyərləndirilib.

Komitə sədri Azərbaycanın tarix boyu müxtəlif dini və etnik qrupların, o cümlədən yəhudi icmasının sülh, qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində birgə yaşadığı ölkə olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin beynəlxalq müstəvidə təbliği xalqlar və icmalar arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Görüşdə, həmçinin Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq layihələrindən, ölkəmizin Cənubi Qafqazda davamlı sülh və sabitliyin formalaşdırılması istiqamətində həyata keçirdiyi təşəbbüslərdən bəhs olunub. Xüsusilə, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla TRIPP adlanan layihənin mütləq və tezliklə icrası ilə bağlı apardığı müzakirələrə diqqət çəkilib.

Nyu York Ştat Assambleyasının üzvləri ilə müzakirələrdə Azərbaycan icmasının şəhərin ictimai, mədəni və iqtisadi həyatında iştirakı, Nyu Yorkun inkişafına verdiyi töhfələr və diasporun Azərbaycan-Nyu York əlaqələrinin daha da möhkəmləndirilməsindəki roluna diqqət çəkilib.

Tərəfər gələcəkdə mədəniyyət, təhsil, gənclər, diaspor fəaliyyəti və icmalararası dialoq sahələrində əməkdaşlığın genişləndirilməsində və əlaqələrin daha intensiv xarakter almasına xidmət edən platformaların yaradılmasında maraqlı olduqlarını bildiriblər.

Nyu York Ştat Assambleyasının üzvü Mixail Novaxov 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Nyu York Ştat Assambleyasında qəbul etdiyi bəyannaməni Komitə sədrinə təqdim edib. Bəyannamədə Azərbaycanın müstəqillik yolu, dünyəvi dövlət olması, tolerantlıq ənənələri, dağ yəhudi icmasının ölkədə sülh və əmin-amanlıq şəraitində yaşaması, ABŞ-də Azərbaycan icması, o cümlədən Azərbaycan kökənli dağ yəhudilərinin yüksək ictimai fəallığı diqqətə çatdırılıb.

Keçirilən görüşlər Azərbaycanın diaspor siyasətinin əsas istiqamətlərindən biri olan xaricdə yaşayan azərbaycanlıların yerli cəmiyyətlərə fəal inteqrasiyası ilə yanaşı, onların ölkəmizin tarixi-mədəni irsinin, multikulturalizm və tolerantlıq dəyərlərinin, habelə Azərbaycanın sülh və əməkdaşlıq gündəliyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını bir daha nümayiş etdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Avqust 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri