Dövlət Komitəsinin sədri Bakı və Azərbaycan yepiskopu ilə görüşüb FOTO
Icma.az, Sia Az saytına istinadən bildirir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov martın 7-də Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumunun rəhbəri, Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycandakı tolerantlıq mühitinin, birgəyaşayış mədəniyyətinin dövlət-din konsepsiyasına uyğun daha da möhkəmləndirildiyi vurğulayıb.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ənənənin davamı olaraq ölkəmizdə dini konfessiyalara göstərilən yüksək diqqət və qayğıdan, onların mənəvi irslərinin qorunması sahəsində görülən işlərdən, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətdən bəhs edib.
Mütəmadi olaraq ölkəmizdəki dini konfessiyaların dəstəklənməsi məqsədilə maddi yardım ayrıldığını diqqətə çatdıran Komitə sədri qeyd edib ki, tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlətin xüsusi diqqət göstərdiyi mühüm sahələrdən biridir.
Bakı və Azərbaycan yepiskopu Aleksiy Azərbaycanın dinlərarası dialoqun təşviqi, tolerantlığın, multikultural dəyərlərin inkişafı istiqamətində oynadığı rolu vurğulayıb. Eyni zamanda dövlətin dini icmalara göstərdiyi diqqətin yüksək qiymətləndirildiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 07 Mart 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















