Dövlət Məşğulluq Agentliyinin departament rəhbəri işdən çıxdı
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin rəhbəri Mayis Musayev vəzifəsindən ayrılıb.
Modern.az xəbər verir ki, bu barədə onun özü bildirib:
“Dövlət Məşğulluq Agentliyindəki fəaliyyətim bu gün etibarilə yekunlaşdı.
Vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi kimi strateji və məsuliyyətli bir missiyanın parçası olmaq mənim üçün sadəcə bir iş deyil, böyük bir qürur və şərəf idi. Bu müddət ərzində dövlətə və vətəndaşa xidmət etməyin məsuliyyətini və gözəlliyini dərindən hiss etdim.
Xüsusilə Kommunikasiya departamentindəki peşəkar komandama, hər bir həmkarıma göstərdikləri dəstək, paylaşılan bilik və birgə imza atdığımız uğurlu layihələr üçün sonsuz təşəkkürlərimi bildirirəm”.
M.Musayev yeni işə başlayacağını da qeyd edib.
Xatırladaq ki, Mayis Musayev daha əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC-nin mətbuat katibi vəzifəsində çalışmışdı.
O, 2021-ci ildə Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin rəhbəri işləhyirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 14 May 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















