2936 sərnişin olan kruiz gəmisində 268 nəfər norovirusa yoluxdu
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Caribbean Princess” gəmisində həyata keçirilən 12 günlük Karib dənizi səyahəti zamanı 230-dan çox sərnişində qusma və ishal halları müşahidə olunub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “The New York Post” (NYP) məlumat yayıb.
Nəşr bildirir ki, noyabrın 23-də gəmi ABŞ-nin Florida ştatına qayıtmazdan əvvəl 233 sərnişin və 35 heyət üzvü norovirusa yoluxub. Ümumilikdə gəmidə 2936 sərnişin olub.
Səyahəti təşkil edən “Princess Cruises” şirkəti bildirib ki, infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə xəstələnən şəxslərin hamısı xəstəlik müddətində öz kayutlarında qalıblar.
Bu mövzuda digər xəbərlər:ABŞ dan Kanadaya üzən kruiz gəmisində 123 nəfər norovirusa yoluxdu
03 İyul 2026 17:25
Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu
20 İyul 2025 00:55
Kruiz gəmisində təhlükə: 140 dan çox şəxs infeksiyaya yoluxdu
18 İyul 2025 19:02
Kruiz gəmisində ölümcül infeksiya: Üç sərnişin təxliyə edildi
06 May 2026 17:29
“Caribbean Princess” gəmisində 100 dən çox insan norovirusa yoluxub
10 May 2026 06:41
Baxış sayı:37
Bu xəbər 26 Noyabr 2026 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















