Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində (DMX) qəbul qaydalarına uyğun olaraq vətəndaşların növbəti qəbulu təşkil olunub.
DMX-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbul xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tərəfindən həyata keçirilib.
Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Xidmət rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həllinə dair tapşırıqlar verib.
Qeyd edək ki, qəbul prosesində həmçinin dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində qalibi Şahlar Məmmədov da iştirak edib. Müsabiqə qalibinin xüsusi hazırlanmış proqram çərçivəsində silsilə tədbirlərə cəlb edilməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 30 Aprel 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















