Dövlət müəssisələrinin satınalmalarla bağlı yeni qaydalar hazırlanacaq
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Dövlət müəssisələrinin öz vəsaitləri hesabına həyata keçirdiyi satınalmalarla bağlı yeni qaydalar hazırlanacaq.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin iclasında satınalmalarla bağlı müzakirələr zamanı deyib.
O bildirib ki, qaldırılan məsələlərlə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaydalar hazırlanacaq.
Deputatın sözlərinə görə, həmin qaydalarda şəffaflıq prinsipi də daxil olmaqla, səsləndirilən təklif və iradlar nəzərə alınmalıdır.
Azər Əmiraslanov qeyd edib ki, təqdim olunan qanun layihəsi ilk növbədə hər bir dövlət müəssisəsinin malik olduğu xüsusi vəsaitlərlə dövlət vəsaitləri arasındakı sərhədləri müəyyən edir.
“Bu, xüsusi satınalma rejimi deyil. Söhbət hər bir halda müəssisənin özünün malik olduğu vəsaitlər hesabına həyata keçirilən satınalma əməliyyatları üçün müəyyən edilmiş rejimdən gedir”, – deputat vurğulayıb.
O əlavə edib ki, yaxın dövrdə satınalmalar haqqında qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 30 Sentyabr 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















