Dövlət Neft Fondu Dubayda yerləşən özəl səhm fondundan pay alıb EKSKLÜZİV
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) mərkəzi ofisi Dubayda yerləşən özəl səhm fondundan pay alıb.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib. Məlumata görə, 2025-ci ilin ilk rübündə Fond “Azzurra Capital” şirkətinin idarə etdiyi “Azzurra Capital Fund I” özəl səhm fondunda 20 milyon avro həcmində iştirak payına sahib olub.
Qeyd edək ki, sözügedən özəl səhm fondu 2023-cü ildə yaradılıb və Birləşmiş Ərəb Əmirliklərində yerləşir. Fondun portfelinin həcmi 652 milyon ABŞ dollarıdır və əsasən İtaliya olmaqla Avropada bir sıra aparıcı şirkətlərə investisiyaları nəzərdə tutur.
Xatırladaq ki, ARDNF səhm investisiyalarını şaxələndirməkdə davam edir. Fond bundan əvvəl, bu ilin fevral ayında İtaliyanın aparıcı yüksək sürətli dəmir yolu operatoru "İtalo"ya 34,5 milyon avro yatırım etdiyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 02 May 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















