Icma.az
close
up
RU
Dövlət onların yenidən cəmiyyətə qazandırılması üçün mümkün olan hər şeyi edir ŞƏRH EDİLDİ

Dövlət onların yenidən cəmiyyətə qazandırılması üçün mümkün olan hər şeyi edir ŞƏRH EDİLDİ

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

"1993-cü ildə Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkənin dövlətçilik tarixində tamamilə yeni və prinsipial bir mərhələnin əsasını qoydu. Həmin dövrdə Azərbaycan ağır siyasi, iqtisadi və sosial böhran şəraitində idi. Belə mürəkkəb bir zamanda atılan ilk addımlardan birinin məhz humanizmə söykənməsi, ölüm hökmünə moratoriumun tətbiq edilməsi Ulu Öndərin dövlət idarəçiliyində insan amilinə verdiyi ali dəyərin bariz nümunəsi idi. Bu qərar təkcə hüquqi baxımdan deyil, eyni zamanda mənəvi və ideoloji baxımdan da son dərəcə mühüm əhəmiyyət daşıyırdı. Faktiki olaraq, 1993-cü ildən sonra Azərbaycanda ölüm hökmünün tətbiq edilməməsi dövlətin cəza siyasətində intiqam yox, islah və yenidən cəmiyyətə inteqrasiya prinsipinin əsas götürüldüyünü göstərirdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, sonrakı illərdə bu xətt ardıcıl və sistemli şəkildə davam etdirildi:"Yeni Konstitusiyanın qəbul olunması, hüquqi islahatların aparılması, Azərbaycan qanunvericiliyinin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması nəticəsində ölüm hökmü tam və birdəfəlik ləğv edildi. Bu, Azərbaycanı insan hüquq və azadlıqlarına hörmət edən, müasir və demokratik dövlətlər sırasında möhkəmləndirən mühüm addımlardan biri oldu. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin, uzaqgörənliyinin və humanist dünya görüşünün nəticəsi idi.Bu siyasi və mənəvi irs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının mütəmadi olaraq amnistiya aktları imzalaması da məhz həmin humanist dövlətçilik fəlsəfəsinin təzahürüdür. Prezident İlham Əliyevin növbəti amnistiya aktına imza atması göstərir ki, Azərbaycan dövləti cəmiyyətin təhlükəsizliyini təmin etməklə yanaşı, eyni zamanda səhv etmiş insanlara ikinci şans verməyi də özünün ali məqsədlərindən biri hesab edir. Dövlətimiz insanları cəzalandırarkən belə, onların yenidən cəmiyyətə qazandırılması üçün mümkün olan hər şeyi edir.Amnistiya aktının əhatə dairəsinə nəzər saldıqda bu addımın miqyası daha aydın görünür. Təxminən 20 min nəfəri əhatə edəcək bu qərar təkcə həmin şəxslər üçün deyil, onların ailə üzvləri, yaxınları, dostları və ümumilikdə geniş bir sosial çevrə üçün böyük sevinc mənbəyidir. Bu, yüz minlərlə insanın həyatında ümid, sevinc və inam yaradan bir qərardır. Xüsusilə Yeni İl ərəfəsində və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində bu cür bir humanizm aktının həyata keçirilməsi onun mənəvi və simvolik əhəmiyyətini daha da artırır. Bu, dövlətlə xalq arasında mövcud olan etimadın, qarşılıqlı bağlılığın və mənəvi birliyin real göstəricisidir.Bu sevinci, bu ümid hissini cəmiyyətə bəxş edən şəxs isə məhz Prezident İlham Əliyevdir. Onun rəhbərliyi altında Azərbaycan dövləti öz mahiyyətini bir daha nümayiş etdirir: insan mərkəzli, sosial ədalətə əsaslanan və humanizm prinsiplərini rəhbər tutan bir dövlət modeli. Hətta cinayət törətmiş şəxslərə münasibətdə belə dövlət intiqamçı deyil, islahçı mövqe tutur. Məqsəd insanı cəmiyyətdən birdəfəlik kənarlaşdırmaq yox, onu düzgün yola qaytarmaq, yenidən faydalı bir vətəndaş kimi formalaşdırmaqdır.Bu baxımdan amnistiya aktı yalnız hüquqi sənəd deyil, eyni zamanda güclü sosial və mənəvi məna daşıyan bir addımdır. O, cinayətə bu və ya digər şəkildə yol vermiş insanların yenidən normal həyat tərzinə qayıtmasına, cəmiyyətə inteqrasiya olunmasına, ailələrinə və sosial mühitinə qovuşmasına xidmət edir. Beləliklə, Azərbaycan dövləti bir daha sübut edir ki, onun siyasətinin mərkəzində insan dayanır və bu humanist xətt bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək".

Müəllif: Arzu Qurbanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see246

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see189

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see172

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see151

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see145

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri