Icma.az
close
up
RU
Dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri üçün təlimlərə başlanılıb

Dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri üçün təlimlərə başlanılıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 aprel, AZƏRTAC

Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri üçün “Strateji kommunikasiya və böhran kommunikasiyasında yeni trendlər” mövzusunda təlimlərə başlanılıb.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin Tədris işləri üzrə prorektorunun müşaviri Aygün Hacıyeva bildirib ki, təlim proqramı iştirakçılara strateji kommunikasiyanı dövlət qurumlarında praktik fəaliyyət sahəsi kimi dərk etməyə, onun funksiyaları, strategiyaları və texnikaları ilə tanış olmağa şərait yaradır. Müxtəlif kontekstlərdə strateji və böhran kommunikasiyasının tətbiqinə dair nümunələrin öyrənilməsi, aktual təcrübələrin təhlili və müzakirəsi iştirakçıların bilik və bacarıqlarının artırılmasına zəmin yaradacaq.

Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova isə qeyd edib ki, müasir dövrdə informasiya məkanındakı sürətli dəyişikliklər və rəqəmsal transformasiyalar strateji kommunikasiyanın rolunu daha da artırmaqla dövlət qurumları və cəmiyyət arasında effektiv əlaqənin qurulmasını, məlumatların düzgün və operativ şəkildə təqdim edilməsini, qarşılıqlı etimad mühitinin gücləndirilməsini zəruri edir. O, media subyektləri ilə əlaqələrin təkmilləşdirilməsinin, xüsusilə də böhran vəziyyətlərində ardıcıl və koordinasiyalı mesajların verilməsinin vacibliyinə toxunaraq bildirib ki, bu kimi təlimlər mətbuat xidmətlərinin peşəkarlığının artırılmasına və daha çevik kommunikasiya strategiyalarının hazırlanmasına mühüm töhfə verir.

ADA Universitetinin Siyasət araşdırmaları, təhlil və nəşrlər üzrə direktoru, professor Damyan Krnceviç Mişkoviç “Əsaslar, təriflər və reputasiyanın idarə edilməsi: Media seçimləri, PR kampaniyaları, kommunikasiya dövrünün dəstəklənməsi”, “Böhran hallarına hazırlıq və tədbirlər: Uğursuzluq yolu ilə öyrənmə, yenilənmə və bərpa prosesinin müqayisəsi”, “Göz və qulaq üçün yazı: Mesajın dizaynı, dil abstraksiyası və seçim, hisslərin idarə edilməsi” adlı üç sessiyada çıxış edərək, kommunikasiyaya məsul şəxslərlə mövcud və yeni yanaşmalar ətrafında müzakirə aparıb.

Təlimə aprelin 25-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni mərhələyə qədəm qoyan Azərbaycan Çin münasibətləri miqrasiya mübadiləsini intensivləşdirəcək

22 Aprel 2025 16:36see154

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see154

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see153

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see144

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see140

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see139

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see138

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see136

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see125

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see124

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see124

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see123

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see122

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see121

Şükür Həmidovun oğlu yüksək bal topladı: Atamın arzusunu reallaşdıracam

22 Aprel 2025 17:30see118

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see118

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see116

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see116

Dayə kiçik uşağı vəhşicəsinə döydü

22 Aprel 2025 15:27see115

Yatıb ayılmayan qızı belə xilas etdilər

22 Aprel 2025 16:05see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri