Icma.az
close
up
RU
Dövlət orqanlarında 816 vəzifə müsahibəyə çıxarılıb

Dövlət orqanlarında 816 vəzifə müsahibəyə çıxarılıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 mart, AZƏRTAC

Elan üzrə 139 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 816 vəzifə (A növündə 50 vakant, B növündə 766 vakant) müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 3321 namizədlə 6729 müsahibənin keçirilməsi planlaşdırılır. Xatırladaq k, müsabiqənin müsahibə mərhələsi ilə bağlı elan bu il yanvarın 16-da verilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ən çox namizəd sayı Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Sənədlərlə və müraciətlərlə iş sektoru, Sənədlərlə və müraciətlərlə iş sektoru, məsləhətçi (1 vakant yer üzrə 214 namizəd), Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclərlə iş şöbəsi, Gənclər evləri ilə iş sektoru aparıcı məsləhətçi (1 vakant yer üzrə 203 namizəd), habelə Gənclər və İdman Nazirliyi, Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsi, Vətəndaşların müraciətləri ilə iş sektoru, (1 vakant yer üzrə 150 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin aprelin 1-dən sentyabrın 9-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Namizəd 48 saat ərzində (12 mart 2026-ci ildən - 14 mart 2026-ci il saat 16:00-dək) müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməlidir. Müsahibədə iştirak etməyəcəyi halda müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin kodunu seçib açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmaqla müsahibədə iştirakdan imtina edə bilər. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaq.

Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaqdır.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, habelə vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur. Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsahibələrdə iştirak edən namizədlər yaddaş kitabçası ilə buradan tanış ola bilərlər.

Qeyd: Təyin edilmiş müsahibə günü etibarlı sertifikatı olmayan namizədlərin müsahibələri ləğv edilmişdir. Müsahibənin keçirilməsi üçün namizəd müsahibə gününə qədər müvafiq sertifikat əldə edərək DİM-ə müraciət etməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Mart 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri