Icma.az
close
up
RU
Dövlət Proqramı çərçivəsində London Universitet Kollecində 92 nəfər təhsil alır

Dövlət Proqramı çərçivəsində London Universitet Kollecində 92 nəfər təhsil alır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Dövlət Proqramı İdarəetmə Qrupu (DPİQ) ilə Böyük Britaniyanın London Universitet Kollecinin (UCL) nümayəndələri arasında görüş keçirilib.

İdarəetmə Qrupundan AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi Dövlət Proqramı çərçivəsində UCL-də təhsil alan tələbələrlə bağlı mövcud vəziyyətin nəzərdən keçirilməsi, tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və gələcək birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarının müzakirəsi olub.

Görüşdə DPİQ-in rəhbəri Qədir Xəlilov, İdarəetmə Qrupunun əməkdaşları Vüsalə Niftəliyeva və Cavidan Qasımov, həmçinin UCL-in Mühəndislik elmləri fakültəsinin təhsil məsələləri üzrə dekan müavini professor Liz Cons, fakültənin kommunikasiya və marketinq şöbəsinin rəhbəri Con Uitli və tələbə qəbulu üzrə baş meneceri Naomi Britton iştirak ediblər.

Görüş zamanı tələbələrin akademik göstəricilərinin izlənilməsi və monitorinq prosesinin daha səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin Dövlət Proqramı üzrə müəyyən edilmiş 15 prioritet ixtisas istiqaməti diqqətə çatdırılaraq həmin sahələr üzrə UCL ilə əməkdaşlıq imkanları müzakirə edilib. Prioritet istiqamətlərə uyğun akademik imkanların genişləndirilməsi və tələbələrin müvafiq proqramlara yönləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Gündəliyin əsas mövzularından digəri isə UCL ilə Azərbaycanın ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının yaradılması imkanları olub. Bu istiqamətdə potensial əməkdaşlıq sahələri, birgə akademik proqramların hazırlanması və müvafiq tərəfdaşlıq mexanizmlərinin formalaşdırılması perspektivləri nəzərdən keçirilib.

Bununla yanaşı, UCL məzunları ilə davamlı əlaqələrin qurulması, məzun şəbəkəsinin formalaşdırılması və Dövlət Proqramı məzunlarının gələcək akademik və peşəkar əməkdaşlıq təşəbbüslərinə cəlb edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Dövlət Proqramı ilə UCL arasında əməkdaşlığın genişləndirilməsi, tələbə və məzunlarla işin əlaqələndirilməsi, eləcə də yeni birgə təşəbbüslər üzrə müzakirələrin davam etdirilməsi barədə qarşılıqlı razılıq əldə olunub.

Qeyd olunub ki, hazırda Dövlət Proqramı çərçivəsində UCL-də 92 təqaüdçümüz təhsilini davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri