Dövlət qulluqçuları daha bu imtahana girməyəcəklər
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi məqsədilə növbəti sertifikat almaq üçün imtahan vermək tələbi əksini tapmayıb.
Yeniavaz.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid deyib.
Şöbə müdiri bildirib ki, yeni Dövlət Qulluğu Məcəlləsində işə qəbul zamanı sertifikat tələbi var, dövlət qulluğunda fəaliyyəti davam etdirmək üçün isə sertifikata ehtiyac olmayacaq:
“Dövlət qulluqçularının fəaliyyəti yeni qaydada qiymətləndirmə ilə nəzərə alınacaq”.
Qeyd edək ki, “Dövlət qulluğu haqqında” hazırda qüvvədə olan qanunun 28-1-ci maddəsi dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi qaydasını müəyyən edir.
Maddəyə əsasən, dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.
Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə müddətsiz verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb oluna bilməz.
Yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində isə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün imtahan verilməsi barədə müddəa yoxdur.
Qeyd edək ki, Azərbaycanda yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb.
Layihə 15 fəsil, 94 maddədən ibarətdir.
Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindikdən sonra 6 qanun - "Dövlət qulluğu haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında", "Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunlar ləğv ediləcək.
Dövlət Qulluğu Məcəlləsinin layihəsi Milli Məclisin sentyabrın 30-da keçirilmiş plenar iclasında birinci oxunuşda qəbul olunub.
Bu mövzuda digər xəbərlər:“Dövlət qulluqçuları dövlətin simasıdır”
22 İyun 2026 18:45
Bütün dövlət qulluqçuları bu xəbəri oxumalıdır!
23 İyun 2025 10:27
Naxçıvanda dövlət qulluqçuları təltif edildi
23 İyun 2025 16:24
Dövlət İmtahan Mərkəzi Qazaxda dövlət qulluqçuları üçün təlimlərə başlayıb
28 Aprel 2026 21:53
Şəkidə dövlət qulluqçuları təlimlərə cəlb olunublar
22 Avqust 2025 13:42
Baxış sayı:156
Bu xəbər 01 Oktyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















