Icma.az
close
up
RU
Dövlət quruculuğuna konseptual yanaşmanın fəlsəfi tədqiqi

Dövlət quruculuğuna konseptual yanaşmanın fəlsəfi tədqiqi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi və məntiq” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Heydər Əliyev – İlham Əliyev dövlət quruculuğu xətti: konseptual yanaşma” adlı məqalələr toplusu işıq üzü görüb.

İndiyədək Füzuli Qurbanovun aktual elmi yanaşmalarla zəngin bir çox monoqrafiyalarını filosof alimlər yüksək qiymətləndiriblər. Müəllifin ərsəyə gətirdiyi elmi proqramlar ali məktəblərdə tədris olunur. Onun çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 70-ə çatıb ki, bunların da 15-i xaricdə nəşr edilib.

Fəlsəfi təfəkkürün milli sərvətə çevrilməsi naminə ciddi səylər göstərən tanınmış alimin yeni kitabında onun 2023-cü ildən bəri “Xalq qəzeti”ndə dərc edilmiş elmi-populyar xarakterli silsilə məqalələrinin bir qismi də toplanıb. Oxucuların qəzetimizin, demək olar ki, hər nömrəsində rast gələ biləcəyi bu yazılar, ümumilikdə, müasir mərhələdə Azərbaycanda müstəqil dövlət quruculuğunun Heydər Əliyev–İlham Əliyev xəttinin bir sıra aspektlərinə aid olan mövzuları əhatə edir.

Bütövlükdə, Heydər Əliyev–İlham Əliyev dövlət quruculuğu xətti mükəmməl hazırlanmış strateji viziyon, əsasını Ulu öndərin qoyduğu və eksklüziv yaratdığı konsepsiyadır. Həmin xətti Prezident İlham Əliyev siyasi varislik prinsipinə uyğun olaraq davamlı surətdə inkişaf etdirməkdədir. Bu proses yalnız fikir dinamikası deyil – həm də siyasi-diplomatik məharətlə praktikada müstəqil Azərbaycan dövlət quruculuğu prosesinin əvəzolunmaz təcrübəsidir. Ümummilli Lider Heydər Əliyevin yaratdığı müstəqil dövlət quruculuğu kursu bu baxımdan elə bir açıq konseptual sistemdir ki, siyasi varislik prinsipini tam gözləmək və konseptual şərtlərinə əməl etməklə, sürətlə dəyişən qlobal geosiyasi mühitdə istənilən situasiyada uğurlu nəticələr almaq olar. Azərbaycan Prezidenti İlham Əliyev həmin dinamikanın mükəmməl kreativ nümunəsini göstərməkdədir.

Kitabda toplanmış məqalələrin mövzunu tam konseptual səviyyədə əhatə etdiyini demək olmaz. Lakin topluda qarşıya qoyulan elmi-publisistik məqsədin ana xəttinin ifadə edildiyini vurğulamaq olar. Topluda bu məqam necə əks olunub?

Birincisi, məqalələrin seçimində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dövlət başçısı və lider kimi fəaliyyətlərində müstəqil dövlət quruculuğunun konseptual aspektlərinə üstünlük verilib. Burada “konseptual” termini Azərbaycan liderlərinin (Heydər Əliyev və İlham Əliyev nəzərdə tutulur) müstəqil dövlət quruculuğu xətlərinin nəzəri özəllikləri, onların müasir geosiyasi təlimlər və politoloji nəzəriyyələr fonunda yeniliklərinin elmi təhlilini ehtiva edir.

İkincisi, mövzularda təhlillər liderliyin müasir anlamlarda geosiyasi, siyasi, idarəetmə aspektləri ilə şəxsi keyfiyyətlərin (güclü iradə, strateji zəka, əsaslı məntiq, ənənə ilə müasirliyin vəhdətinə naıl olmaq qabiliyyəti, diplomatik məharətin şəxsiyyətlə bağlı incəlikləri, dəqiq proqnozlaşdırma qüdrəti və s.) sintezində aparılıb. Məqalələrdə, eyni zamanda, Azərbaycan dövlətçilik ənənəsi kontekstində siyasi, mədəni, idarəetmə ənənəsi, dövlətçilik şüuru, mənəvi, milli ideya, ideologiya və digər aspektlərin qarşılıqlı əlaqəsi diqqətə alınıb.

Ulu öndər Heydər Əliyev və layiqli davamçısı – Prezident İlham Əliyev nümunəsində liderin gücü şəxsi keyfiyyətlərlə xalq-iqtidar birliyinin sintezi fonunda təhlil edilib. Həmin kontekstdə Azərbaycanın dövlət, cəmiyyət və mədəniyyət məkanı olaraq təhlükəsizliyinin təmini məsələsi araşdırılıb. Müəllif bunun üçün “liderlik sinerjisi” anlayışından yararlanııb. Yeri gəlmişkən, Füzuli Qurbanov sinergetikanın fəlsəfi metodoloji problemləri üzrə elmi araşdırmala aparan, namizədlik və doktorluq dissertasiyaları müdafiə edən ilk azərbaycanlı alimdir. Araşdırmalara “Ümummilli sinerji” anlayışı da daxil edilib və onun semantik-funksional təkamül dinamikasına “Dövlət quruculuğunun Naxçıvan sinerjisi” – “Azərbaycan sinerjisi” – “Ümumtürk sinerjisi” “zəncirində” baxılıb.

Nəhayət, Prezident İlham Əliyevin postmüharibə dövrünün memarı kimi fəaliyyətinin bir sıra aspektləri siyasi varislik prinsipi fonunda ətraflı təhlil edilib. Onu da nəzərə almaq lazımdır ki, məqalələr toplusu monoqrafiya deyildir və buna görə də bir sıra konseptual məqamların izahı monoqrafik tədqiqatdan fərqlənir. Bununla yanaşı, deyə bilərik ki, ulu öndər Heydər Əliyevin və dünyanın aparıcı liderlərindən olan Prezident İlham Əliyevin müstəqil dövlət quruculuğu xətti (Heydər Əliyev–İlham Əliyev xətti) haqqında müəyyən fikirlər bu topluda verilməklə kitabın dolğunluğunu təmin edib.

Nəşrin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru tarix elmləri doktoru Eynulla Mədətli, tərtibçisi isə Rəşad Məmmədovdur.

Ə.ƏLİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Avqust 2026 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri