Icma.az
close
up
RU
Heydər Əliyev güclü dövlət qüdrətli Azərbaycan quruculuğuna nail oldu

Heydər Əliyev güclü dövlət qüdrətli Azərbaycan quruculuğuna nail oldu

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


İyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümü tamam olur. 14 iyul 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) birinci katibi seçilməsi respublikamızın həyatında dönüş nöqtəsi kimi dəyərləndirilir. Çünki məhz həmin vaxtdan başlayan böyük inkişaf yolu Azərbaycanın gələcək inkişafının, intibahının, tərəqqisinin və parlaq perspektivlərinin əsası oldu.
Newscenter.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.
Deputat bildirib ki, həmin dövrün reallıqlarına nəzər saldıqda Ulu Öndər Heydər Əliyevin gördüyü işlərin miqyası, mahiyyəti və əhəmiyyəti barədə dəqiq təsəvvür formalaşır, Azərbaycanın tənəzzüldən necə xilas edilərək tərəqqi yoluna çıxarılması, Liderin xalqın rifahı, dövlətin mənafeyi üçün hansı xidmətlər göstərdiyi aydın olur:
"Məlumdur ki, SSRİ-nin tərkibindəki 15 müttəfiq respublikadan biri olan Azərbaycan 1969-cu ilə qədər sosial-iqtisadi gəstəricilərinə görə geridə qalmışdı. Ölkənin ciddi potensialı olsa da, ayrı-ayrı sahələrin inkişafına nail olunmamış, tənəzzüldən xilas olmaq mümkün olmamışdı. Ona görə də Azərbaycan Sovet İttifaqının tərkibində xammal mənbəyi, aqrar respublika kimi tanınırdı. Lakin Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra atdılan addımlar, görülən işlər nəticəsində dönüş yarandı, müsbət meyillər və nəticələr qeydə alınmağa başladı. Güclü sosial-iqtisadi təməlin yaradılması ilə yanaşı, siyasi və ideoloji xarakterli işlərin davam etdirilməsi Azərbaycan üçün yeni perspektivlərin yaranmasını mümkün və təmin edirdi. İlk növbədə, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərilməsi həm kadr potensialının gücləndirilməsi, həm də cəmiyyətin intellektual səviyyəsinin artırılması üçün mühüm əhəmiyyət daşıyırdı. İkincisi, milli hərbi kadrları yetişdirmək və Sovet İttifaqının hərbi ali məktəblərinə azərbaycanlı gənclərin daxil olmasını təmin etmək üçün 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması hərbi-strateji əhəmiyyətə malik idi. Ulu Öndərimiz gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də müvəffəq olmuşdu. Üçüncüsü, 1978-ci ildə Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Bu addımlar ana dilimizin qorunması və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik oldu. Dördüncüsü, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə ciddi yeniliklərə imza atıldı.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi zamanı görülən işlər həm güclü sosial-iqtisadi bazanın, həm də siyasi-ideoloji dayaqların formalaşmasını təmin etdi. Yaradılan potensial sonrakı dönəmdə Azərbaycanın inkişafına təkan və töhfə verən fundamental amilə çevrildi. Biz haqlı olaraq və qürurla qeyd edirik ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”-deyən millət vəkilinin sözlərinə görə, Ulu Öndər fəaliyyətinin bütün mərhələlərində, o cümlədən SSRİ dönəmində xalqımızın rifahı və firavanlığı, dövlətimizin inkişafı və yüksəlişi üçün müstəsna tarixi əhəmiyyətli işlər görüb".
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında bir daha tarixi-siyasi məsuliyyəti öz üzərinə götürdü, Azərbaycan dövlətinin və dövlətçiliyinin xilası, ölkəni tənəzzüldən qurtararaq tərəqqi yoluna çıxarmaq missiyasını yerinə yetirməyə başladı:
"Ulu Öndər Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Onun ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər sabitlik və inkişaf dönəmi kimi tarixə yazıldı. Heydər Əliyev güclü dövlət – qüdrətli Azərbaycan quruculuğuna nail oldu, respublikamız dünyada etibarlı tərəfdaşa, beynəlxalq birliyin layiqli üzvünə çevrildi.
Bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi Azərbaycanın tarixi nailiyyətlər qazanmasını, o cümlədən Zəfər zirvəsini fəth etməsini, Qələbə dastanı yazmasını mümkün etdi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması Heydər Əliyev əbədiyaşar ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin real nəticəsidir. Buna görə də, dövlət başçısı İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyən Azərbaycan xalqı Heydər Əliyevin müstəsna xidmətlərini daim yüksək dəyərləndirir”.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 İyul 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri