Dövlət qurumları arasında turnir keçiriləcək
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar dövlət qurumları arasında futzal turniri keçiriləcək.
Futbolpress.az xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublika stadionunda turnirin püşkatma mərasimi təşkil olunub.
AFFA-nın, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futzal Federasiyasının və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gətirilən yarışda 17 komanda 4 qrupda mübarizə aparacaq. Qruplarda ilk iki pilləni tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaq.
Turnirə sentyabrın 14-də start veriləcək və matçları bir müddət əvvəl Naxçıvanda təşkil olunan kurslarda iştirak etmiş hakimlər idarə edəcək. İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək oyunlara oktyabrın 6-da yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 31 Avqust 2026 07:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















