Icma.az
close
up
RU
Dövlət qurumu 28 vətəndaşın mənzilini təmir edib

Dövlət qurumu 28 vətəndaşın mənzilini təmir edib

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəhər mühitinin estetik görünüşünün qorunması istiqamətində də mühüm işlər görülüb. Xüsusilə İçərişəhər ərazisində aparılan bərpa və abadlıq işləri nəticəsində fasadlar və balkonlar əsaslı şəkildə təmir olunub, uyğun olmayan materiallar və rənglər aradan qaldırılıb. Plastik örtüklərlə bağlanmış balkonlar orijinal görkəminə qaytarılıb.

Modern.az xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği üzrə görülən işlərin təqdim olunduğu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, aparılan işlər çərçivəsində 12 yaşayış evinin dam örtüyü təmir edilib, 28 ünvanda sakinlərin mənzillərində əsaslı təmir işləri aparılıb, bir sıra binaların fasadı yenilənib, baxımsız ərazilər təmizlənib.

Ərazidə fiziki əlçatanlığın təmin olunması məqsədilə yeni infrastrukturlar qurulub, məlumatlandırıcı anonslar yerləşdirilib. Bu işlərdə Baku City Circuit şirkəti də dəstək göstərib və qurum tərəfindən şirkət rəhbərliyinə təşəkkür bildirilib.

Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mövcud yol nişanları yenilənib, beynəlxalq standartlara uyğunlaşdırılıb, mərhələli şəkildə nəzarət və təhlükəsizlik sistemləri qurulub. Bu sahədə aidiyyəti qurumlarla birgə əməkdaşlıq aparılıb.

Qeyd edilib ki, İçərişəhər ərazisində mühüm infrastruktur problemlərindən biri də aradan qaldırılıb. Qala divarları yaxınlığında illərlə toplanan və mənşəyi məlum olmayan sular divarların dayanıqlığı üçün risk yaradırdı. Nazirlər Kabinetinin göstərişi ilə müvafiq qurumların mütəxəssisləri tərəfindən geniş araşdırma aparılıb, su mənbəyi müəyyən edilib və problem faktiki olaraq həll olunub. Qeyd olunub ki, bu proses bir aydan artıq vaxt aparıb və kifayət qədər mürəkkəb olub.

Eyni zamanda ərazidə kommunikasiya və digər texniki infrastrukturlar yenilənib, vizual baxımdan şəhər mühitinə uyğun, təhlükəsiz və funksional qurğular quraşdırılıb. Hazırda digər infrastruktur və xidmət sahələri üzrə işlər mərhələli şəkildə davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri