Icma.az
close
up
RU
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?

Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əksər valideynin seçimi dövlət uşaq bağçaları olur. Əsasən işləyən valideynlər uşaqlarını mütləq ki, bağçaya verməlidir. Amma son vaxtlar dövlət uşaq bağçalarına qəbulda çətinliklər yaradılır. Xüsusilə yaşayış məskənini dəyişən valideynlər uşaqlarını yerləşdirmək üçün bağça axtarışına çıxarkən, müxtəlif əngəllərlə qarşılaşırlar.
Məlumdur ki, 2020-ci ildən bəri uşaq bağçalarına qəbul onlayn həyata keçirilir. Bəzən, yaşayış yerini dəyişən valideynlər övladları üçün qəbulla bağlı müraciət edərkən, onlara yer olmadığı bildirilir, yaxud da bir qədər gözləməli olcaqları deyilir. Amma bu məsələdə gözləmək işləyən valideynlərə əl vermir. Bu baxımdan da narazılıqlar yaranır.
Bəs, sözügedən hal zamanı prosedur necə tənzimlənir?
Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalıyeva Bizim.Media-ya açıqlamasında bildirib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir:
“Hazırda ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində alternativ modellər tətbiq edilir. 
Məsələn, 2017-ci ildə yaradılan “İcma Əsaslı Məktəbəqədər Təhsil” layihəsinin məqsədi 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, icma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin yaradılması, valideyn birliklərinin yaradılması və məktəblə birgə əməkdaşlıq nəticəsində  ibtidai təhsilin keyfiyyətini artırılmasından ibarətdir.
Hazırda  bu layihəyə cəlb edilən uşaqların sayı 19055-dir. Layihə çərçivəsində 886 məktəbdə 1177 qrup fəaliyyət göstərir. Tətbiq edilən layihələrdən biri “Ailə tipli təlim qrupları, qısamüddətli, icma əsaslı məktəbəqədər qrupları”dır”.
Zenfira Sevdimalıyeva həmçinin əlavə edib ki, özəl məktəbəqədər təhsil müəssisələri ilə əməkdaşlıqlar aparılır:
“Əsas məqsədimiz  2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların cəlb olunması üçün ictimai binalar, evlər və s. təlim qrupları yaratmaqdır. Yeni layihələrdən biri özəl məktəbəqədər təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Belə ki, 2024-2025-ci tədris ilində dövlət bağçalarına qəbul oluna bilməyən uşaqlar özəl məktəbəqədər təhsil müəssisələrinə cəlb edilir və ödənişin müəyyən hissəsi dövlət tərəfindən qarşılanır. Gələcəkdə alternativ modellərin genişləndirilməsi hədəflənir”.
Aygün Hüseyn, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Fevral 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri