Dövlət Uşaq Filarmoniyasında bir çox ixtisaslar üzrə seçim dinləmələr keçirilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 3 iyul, AZƏRTAC
Dövlət Uşaq Filarmoniyasında bir çox ixtisaslar üzrə seçim-dinləmələr keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, məqsəd yeni solistlərin istedadını önə çıxarmaqdır.
Dinləmələrdə 5-16 yaşlı uşaq və yeniyetmələr iştirak edib. Paytaxtın müxtəlif musiqi və uşaq incəsənət məktəblərindən 100-ə yaxın müraciət olub.
İştirakçıları Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağızadə, Xalq artistləri Ağaverdi Paşayev, Gülnaz İsmayılova, pianoçu, Əməkdar müəllim Kamilla Əmirova, dirijor Cavad Tağızadə, xormeyster, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadənin yer aldığı münsiflər heyəti qiymətləndirib.
İki gün davam edən seçim turunun nəticələrinə uyğun olaraq iştirakçıların yeni tədris ilindən məşğələlərə başlaması nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 03 İyul 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















