Icma.az
close
up
RU
Dövlət Uşaq Filarmoniyasında “Səsimiz bir, ruhumuz bir” adlı konsert təşkil olunub

Dövlət Uşaq Filarmoniyasında “Səsimiz bir, ruhumuz bir” adlı konsert təşkil olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 20 oktyabr, AZƏRTAC

VI Beynəlxalq Turizmdə Memarlıq və Mədəni İrs Konqresi çərçivəsində Çanaqqala Barış Xoru və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə iştirakı ilə konsert proqramı təşkil olunub.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdən əvvəl Dövlət Uşaq Filarmoniyası və Türkiyə Polifoniya İncəsənət və Xorlar Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu sənəd gələcək birgə layihələr, konsertlər və yaradıcılıq proqramlarının reallaşması üçün yeni imkanlar yaradacaq.

Türkiyədən gələn Çanaqqala Barış Xoru “Keçmişin çocukları” şüarı ilə çıxış edib. Fəaliyyətinin 11-ci ilini qeyd edən Çanaqqala Barış Xoru Dövlət Uşaq Filarmoniyasının birləşmiş xor kollektivləri və Vokal sinfi ilə eyni səhnəni bölüşüb. Onların ifasında “Tavşan”, “Uşaqların dünyası”, “Mutluluk”, “Barış” və uşaqlar üçün digər sevimli əsərlər səslənib.

Barış Xorunun bədii rəhbəri Mete Gökçe, xorun dirijoru Seval Yıldız, xormeyster Sarp Küçükler, Dövlət Uşaq Filarmoniyasının Xor kollektivlərinin bədii rəhbərləri Leyla Muradzadə və Aysel Mehdizadə, vokal sinfinin müəllimi Leyla Aslanovadır. Solistlər Mələkxanım Əsgərova, Yusif Sadıxov və Teymur Qarayev, konsertmeysterlər Şahin Yəhyazadə və Elmira Hümbətova idilər. Xor kollektivləri birlikdə Rəna Qədimovanın “Yüksəl, ey Azərbaycan”, Zeki Üngörün “Cumhuriyet marşı”, İlteriş Sunun “Bahar gelince” əsərlərini birlikdə ifa edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see271

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see121

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see120

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri