Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert tamaşa təşkil edilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan “Musiqi və sənət – uşaq qəlblərindən” adlı konsert-tamaşa keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində konsert zalında Milli Musiqi Günü münasibətilə uşaqların çəkdiyi rəsmlərdən ibarət sərgi də nümayiş etdirilib.
Uşaq Filarmoniyasının qarşısından başlayaraq interaktiv kompozisiya şəklində konsert zalına qədər davam edən proqramda müxtəlif musiqi kollektivləri, xor, folklor rəqs ansamblı, xalq çalğı alətləri ansamblı, solistlər, gimnastlar və rəqqaslar çıxış ediblər. Həmçinin “Leyli və Məcnun” operasından səhnələr əsasında hazırlanan kompozisiya təqdim olunub. Proqramda, eyni zamanda, Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Konsert-tamaşanın baş rejissoru Günay Səttar, quruluşçu rejissorlar Nəsimi Əliyev və Nigar Əliyeva, rəssamı isə Səriyyə Teymurovadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 28 Sentyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















