Dövlət Vergi Xidmətində Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə görüş keçirildi FOTOLAR
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) rəhbərliyi və nüməyəndələri ilə görüş keçirib. Görüşdə sahibkarlıq fəaliyyəti üçün əlverişli biznes mühitinin gücləndirilməsi, vergi qanunvericiliyində gözlənilən dəyişikliklər və dövlət - biznes əməkdaşlığının yeni istiqamətləri müzakirə olunub.
Demokrat.az xəbər verir ki, DVX rəisi Orxan Nəzərli bildirib ki, sahibkarlarla davamlı dialoq vergi inzibatçılığının inkişafı və şəffaf biznes mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. DVX sahibkarlarla açıq və konstruktiv müzakirələrə hər zaman önəm verir, belə formatlı görüşlər qarşılıqlı etimadı möhkəmləndirir, gələcək fəaliyyətin daha səmərəli planlaşdırılmasına imkan yaradır.
Orxan Nəzərli həmçinin vurğulayıb ki, son illərdə vergi sistemində aparılan islahatların əsas hədəfi sahibkarlığın inkişafını təşviq etmək, şəffaf və bərabər rəqabət mühitini təmin etməkdir. Bu baxımdan biznesin tələblərinə uyğunlaşan çevik idarəetmə mexanizmləri formalaşdırılır, elektron xidmətlərin genişləndirilməsi və vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində ardıcıl addımlar atılır.
Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) nümayəndələri DVX-nin sahibkarlarla əməkdaşlığa verdiyi dəstəyi yüksək qiymətləndirib, son illərdə aparılan islahatların pərakəndə ticarət və geyim idxalı sahəsində fəaliyyət göstərən biznes subyektləri üçün müsbət təsirini vurğulayıblar.
Görüşdə sahibkarların vergi öhdəliklərinin yerinə yetirilməsi prosesində qarşılaşdıqları praktiki məsələlərlə bağlı təkliflər səsləndirilib, vergi inzibatçılığının daha da sadələşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Vergi orqanlarının sahibkarlığa yanaşmasında tərəfdaşlıq prinsipinin daha da gücləndirilməsi yüksək qiymətləndirilib, belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Dövlət Xidmətində görüş keçirildi Fotolar
01 Dekabr 2025 13:37
Dövlət Xidmətində Özbəkistan nümayəndələri ilə görüş Fotolar
10 Dekabr 2025 13:28
Dövlət Vergi Xidmətində avtomobil dilerləri ilə görüş keçirilib
18 Noyabr 2025 18:49
Dövlət Xidmətində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş Fotolar
23 Dekabr 2024 10:46
Dövlət Vergi Xidmətində yeni təyinat
12 Noyabr 2025 15:47
Baxış sayı:114
Bu xəbər 23 Yanvar 2026 11:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları