Nazirliyin süni intellekt layihələri “GovMesh Horizons” beynəlxalq hesabatında yer alıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Sinqapurun “GovInsider” təşkilatının “GovMesh Horizons” hesabatında ölkələrdə rəqəmsal transformasiya sahəsində 2025-ci ildə əldə edilmiş yeni önəmli təcrübələr qeyd edilir.
Hesabatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin sosial sahədə rəqəmsallaşma istiqamətində təcrübəsi, o cümlədən tətbiq etdiyi süni intellekt layihələri barədə də məlumat verilir. https://www.interweavegov.com/_files/ugd/c0cbec_9d848330b15a427ea0dee5e2016af3ee.pdf
Nazirliyin "e-sosial" portalında vətəndaşlara xidmət keyfiyyətinin artırılması məqsədilə süni intellekt əsasında tətbiq edilən “iDost” rəqəmsal köməkçi xidməti, habelə əlillik təyinatı üzrə e-sistemdəki süni intellekt əsaslı alqoritmlər diqqətə çatdırılır.
Hesabatda Azərbaycanla yanaşı, İndoneziya, İslandiya, Yaponiya, Litva, Niderland, Koreya və b. ölkələr daxil olmaqla ümumilikdə 11 ölkənin nailiyyətləri işıqlandırılır.
“GovMesh” təşəbbüsü rəqəmsallaşma sahəsində təcrübə mübadiləsi aparmaq, mövcud çağırışları müzakirə etmək və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması məqsədi daşıyır
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 23 Yanvar 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















