İİTKM də “Etibarlı Tərəfdaş Konsepsiyası” üzrə indikativ planlaşdırma məsələləri müzakirə olunub
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Etibarlı Tərəfdaş Konsepsiyası”nın icrası çərçivəsində tədbirlərin monitorinqi, qiymətləndirilməsi və icraçı qurumlar üzrə koordinasiyanın gücləndirilməsi məqsədilə əsas icraçı dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə Konsepsiya üzrə tədbirlərin mərhələli icrası, nəticə indikatorları üzrə hədəf göstəricilərinin müəyyənləşdirilməsi və hesabatlılıq mexanizmlərinin tətbiqi məsələləri müzakirə olunub.
İİTKM-nin icraçı direktorunun müşaviri Təranə Salıfova çıxış edərək “Etibarlı Tərəfdaş Konsepsiyası”nın icrası üzrə tədbirlərin monitorinq və qiymətləndirilməsinin vahid yanaşma əsasında aparılmasının vacibliyini vurğulayıb. O, Konsepsiya çərçivəsində nəzərdə tutulmuş tədbirlər üzrə kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, icra müddətlərinin və məsul qurumların dəqiq təsnifatlandırılması, eləcə də nəticəyönümlü hesabatlılığın təmin olunmasına dair yanaşmaları diqqətə çatdırıb.
Sonra Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Simrah İsmayılova tərəfindən indikativ planlama cədvəli təqdim olunaraq, qurumların məlumatları sistemə daxil etmə qaydaları, indikator cədvəllərinin formalaşdırılması və dövri hesabatlılıq mexanizmləri izah olunub, dövlət qurumlarının nümayəndələri ilə interaktiv müzakirələr aparılıb.
XQ xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2025-ci il tarixli 837 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, “Etibarlı Tərəfdaş Konsepsiyası” üzrə tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir. Konsepsiya çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası üzrə məlumatların vahid elektron platforma üzərindən toplanması, təhlili və hesabatlılığın təmin edilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 23 Yanvar 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















