Icma.az
close
up
RU
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər SƏBƏB

Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər SƏBƏB

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hazırda dövlət xəstəxanalarında canlı növbə, uzun gözləmə müddəti və qeyri-müəyyən qəbul saatları ilə bağlı narazılıqlar tez-tez səslənir. Bir çox ölkədə qəbul prosesi artıq tam rəqəmsallaşdırılıb və onlayn növbə sistemi əsas modelə çevrilib. Azərbaycanda da dövlət xəstəxanalarında onlayn növbə sisteminin mərhələli şəkildə tətbiqi məsələsi müzakirə olunan mövzulardan biridir.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, bu istiqamətdə bir neçə mühüm məqama diqqət yetirilməlidir:

“Birinci, təbii ki, onlayn növbə sisteminin qurulması vacibdir, önəmlidir. Amma onlayn növbə sisteminin qurulması maddi baxımdan nə qədər yük gətirir, bu prosesə diqqət yetirməliyik. Yəni onlayn növbə sisteminin qurulması sadəcə bir-iki avadanlığın quraşdırılması ilə prosesin həyata keçirildiyi baxımından yanaşmaq yanlışdır”.

Deputat qeyd edib ki, xəstəxanalarda onlayn növbə sisteminin qurulması kifayət qədər maliyyə və texniki resurs tələb edir:

“Bir xəstəxanada onlayn növbə sisteminin qurulması üçün kifayət qədər vəsait sərf olunur. Bu baxımdan prosesin mərhələli şəkildə həyata keçirilməsi mümkündür və bu da sadəcə onlayn növbə sistemi qurulmaq xatirinə qurulmamalıdır. Xəstəxananın hansı regionda yerləşdiyinə, o regionun potensialına və bu istiqamətdə xəstə axınlarını necə tənzimləmək olar, o addımlarla paralel şəkildə onlayn növbə sistemi qurulmalıdır”.

Müşfiq Məmmədli hesab edir ki, təkcə rəqəmsallaşma növbə problemini tam aradan qaldırmağa kifayət etməyəcək:

“İkinci məsələ isə biz burada bir nüansı nəzərdən qaçırmamalıyıq. Hansı növbə sistemi qurulursa qurulsun, rəqəmsallaşma nə qədər həyata keçirilsə keçirilsin, xəstə axınları tənzimlənmədən növbələrdə problemlərin qarşısını almağımız çox çətin olacaqdır”.

Deputat bildirib ki, bəzi müraciətlərin ilkin səhiyyə xidməti səviyyəsində həll olunması xəstəxanalardakı sıxlığı azalda bilər:

“Çünki ilk növbədə ikinci dərəcəli müraciətlər, hansılar ki, xəstəxananın funksional fəaliyyətinə daxil deyil. İlkin səhiyyə xidmətində bu müraciətlərin qarşısının alınması mümkündür”.

Onun sözlərinə görə, poliklinikalar və ailə sağlamlıq mərkəzlərinin gücləndirilməsi bu istiqamətdə mühüm rol oynaya bilər:

“Yəni poliklinika, ailə sağlamlıq mərkəzləri modeli bu istiqamətdə multidisiplinar yanaşmanı təmin edərək, bir çox həkim ixtisasları ilə ərazidə müəyyən tibbi sənədləşmə formalarını yerlərdə həyata keçirməklə biz xəstə axınının bir nöqtəyə yönəlməsinin qarşısını ala bilərik”.

Deputat əlavə edib ki, ilkin səhiyyə xidmətinin yenidən qurulması ilə həm növbələr azalacaq, həm də minimal tibbi və sənədləşmə prosedurları yerində həyata keçiriləcək:

“Beləliklə, onlayn növbə sistemi, ilkin səhiyyə xidmətinin gücləndirilməsi və yardımçı xidmətlərin ərazidə təşkil olunması ilə biz bu növbənin qarşısını ala bilərik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 May 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri