Dövlət Xidməti daha bir beynəlxalq mükafata layiq GÖRÜLDÜ
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) beynəlxalq səviyyədə daha bir mühüm uğura imza atıb.
Redaktor.az xəbər verir ki, Dövlət Xidməti Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən nüfuzlu “Global Business Magazine” tərəfindən təşkil edilən müsabiqədə “Smart irs sistemləri: Rəqəmsallaşdırma və məlumatlara əsaslanan mühafizədə mükəmməlik – Azərbaycan 2026” (Smart Heritage Systems: Excellence in Digitalization and Data-Driven Preservation Azerbaijan 2026) beynəlxalq mükafatına layiq görülüb.
Mükafat Dövlət Xidməti tərəfindən mədəni irsin qorunması, bərpası, konservasiyası və idarə olunması sahəsində rəqəmsal texnologiyaların tətbiqi, məlumatlara əsaslanan idarəetmə mexanizmlərinin formalaşdırılması, tarixi abidələrin rəqəmsallaşdırılması, vahid məlumat bazalarının yaradılması və innovativ həllərin uğurla tətbiqinə görə təqdim olunub.
Mükafatın təqdim edilməsində əsas meyarlardan biri kimi, Dövlət Xidməti tərəfindən vətəndaşyönümlü xidmət modelinin formalaşdırılması, 6 istiqamət üzrə rəqəmsallaşdırılmış xidmətlərin “bir pəncərə” prinsipi əsasında təqdim edilməsi, müraciətlərin operativ, şəffaf və səmərəli şəkildə qəbulunun və icrasının təmin olunması qeyd olunub. Eyni zamanda, vətəndaşların “MyCulture” portalında şəxsi kabinet yaradaraq elektron xidmətlərdən istifadə etməsi, müraciətlərinin icra vəziyyətini real vaxt rejimində izləyə bilməsi və xidmətlərə rəqəmsal mühitdə əlçatanlığının təmin edilməsi vətəndaş məmnunluğunu yüksəldən, şəffaflığı artıran və ictimai iştirakçılığı təşviq edən uğurlu idarəetmə modeli kimi qiymətləndirilib.
Bu beynəlxalq mükafat Dövlət Xidmətinin mədəni irsin qorunması və idarə olunması sahəsində tətbiq edilən innovativ yanaşmaların, rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələrin və vətəndaşyönümlü xidmət modelinin beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilməsinin növbəti göstəricisidir.
Qeyd edək ki, “Global Business Magazine” tərəfindən təşkil olunan müsabiqələrdə Türkiyə, İtaliya, Fransa, Almaniya, Avstraliya, Misir, Yaponiya, İndoneziya, Sinqapur, Hindistan, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən müxtəlif dövlət qurumları və özəl təşkilatlar fərqlənərək mükafata layiq görülüblər.
Cari il ərzində Dövlət Xidmətinin qazandığı beynəlxalq mükafatlar mədəni irsin qorunması və idarə olunması sahəsində həyata keçirilən məqsədyönlü fəaliyyətin, müasir idarəetmə yanaşmalarının və rəqəmsal inkişaf istiqamətində görülən işlərin beynəlxalq müstəvidə rəğbətlə qarşılandığını təsdiqləyir.
Mənbə: https://globalbizmag.com/global-business-magazine-winners-2026/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 17 İyul 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















