Icma.az
close
up
RU
“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görüldü

“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görüldü

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC telekommunikasiya infrastrukturunun dayanıqlılığı və süni intellekt yönümlü şəbəkə həllərinin tətbiqi sahəsində əldə etdiyi nəticələrə görə beynəlxalq “Ultra-Broadband Resilient Network for AI Development” mükafatına layiq görülüb.

“Qafqazinfo” xəbər verir ki, mükafat İspaniyanın Barselona şəhərində keçirilən və dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress” (MWC) çərçivəsində baş tutan “Green All-Optical Network Forum 2026” zamanı təqdim olunub.

Təltif rəqəmsal transformasiya və telekommunikasiya sahəsində beynəlxalq analitik və konsaltinq qurumu olan “IDATE” tərəfindən həyata keçirilib.

“Ultra-Broadband Resilient Network for AI Development” mükafatı genişzolaqlı və tam optik şəbəkə arxitekturasının qurulması, yüksəkötürücülü bağlantı imkanlarının yaradılması, hesablama gücündən səmərəli istifadə və şəbəkə dayanıqlılığının təmin edilməsi sahəsində qabaqcıl təcrübələri qiymətləndirir.

Təqdim olunan mükafat “Aztelekom”un yalnız sürət və əhatə dairəsi baxımından deyil, həm də şəbəkənin etibarlılığı, elastikliyi və gələcək texnoloji tələblərə hazırlıq səviyyəsi üzrə beynəlxalq standartlara uyğun inkişaf etdiyini təsdiqləyir. Bu yanaşma ölkədə rəqəmsal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, biznes və dövlət qurumları üçün dayanıqlı bağlantı imkanlarının genişləndirilməsinə, eləcə də süni intellekt əsaslı həllərin tətbiqi üçün zəruri texnoloji bazanın formalaşmasına xidmət edir.

“Aztelekom” bundan sonra da ölkənin rəqəmsal infrastrukturunun gücləndirilməsi, innovativ texnologiyaların tətbiqi və genişzolaqlı internet xidmətlərinin daha dayanıqlı və əlçatan şəkildə təqdim olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Mart 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri