Dövlət Xidməti: Keşlədəki hamamın pasportlaşdırılması zamanı tarixi məlumatına düzəliş edilib, lövhə dəyişdiriləcək
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Keşlə qəsəbəsində yerləşən inventar nömrəsi 2861 olan sözügedən abidənin inşa tarixi 2001-ci ildə təsdiq olunmuş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında XVII əsr olaraq qeyd olunub”.
Bunu APA-nın sorğusuna cavab olaraq Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib.
Onun sözlərinə görə, bu sahədə üstün hüquqi sənəd həmin qərar olduğu üçün orada verilmiş tarixi məlumatlar əsas götürülüb və məlumat lövhəsi də ona uyğun hazırlanıb.
“Qeyd olunan siyahıda bir sıra abidələrin tarixi, ünvanları ilə bağlı yanlışlıqlar mövcuddur. Həmin siyahının yenilənməsi üçün artıq Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb. Tarix və mədəniyyət abidələrinin siyahısına dəyişikliklər edilməkdədir və adları, ünvanları, eləcə də tarixləri düzgün göstərilməyən abidələr barədə məlumatlara düzəlişlər olunur”, - Fariz Hüseynli vurğulayıb.
O, deyib ki, həmin hamamın pasportlaşdırılması zamanı tarixi məlumatına düzəliş edilib və kitabədə göstərilən tarix qeyd olunub: “Müvafiq siyahıda da dəyişiklik ediləcək”.
Qeyd edək ki, Keşlə qəsəbəsində yerləşən tarixi hamamın üzərindəki daş kitabədə 1899-cu ildə inşa edildiyi göstərilsə də divara yapışdırılmış lövhədə XVII əsrə aid olduğu yazılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 30 İyun 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















