Icma.az
close
up
RU
Dövlət xidmətlərinin elektronlaşdırılmasının təmin edilməsi üçün bir sıra qanunlara dəyişiklik edilir AZƏRTAC

Dövlət xidmətlərinin elektronlaşdırılmasının təmin edilməsi üçün bir sıra qanunlara dəyişiklik edilir AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elektron xidmətlərdən daha geniş istifadə olunması nəticəsində məmur-vətəndaş təması daha da azalacaq

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 4.2-ci bəndinə əsasən, dövlət xidmətlərinin elektronlaşdırılması və dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri arasında inteqrasiyanın təmin edilməsi üzrə işlərin sürətləndirilməsi, kağız əsaslı xidmətdən məlumat əsaslı xidmətə keçirilməsinin təşkil olunması ilə bağlı fəaliyyətin təmin edilməsi idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində əsas tədbirlərdən biri kimi müəyyən edilib. Buna uyğun olaraq, Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbarı sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlara dəyişiklik təklif edilir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin Əmək və sosial siyasət komitəsinin dekabrın 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Prezidentin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “7. Tədbirlər planı” hissəsinin 3.2.5-ci yarımbəndinin 3-cü abzasında dövlət qurumları tərəfindən göstərilən xidmətlərin müəyyən edilmiş prioritetə uyğun olaraq rəqəmsallaşmasının, istifadə rahatlığının artırılmasının və proaktiv xidmətlərin təmin edilməsi məqsədilə bütün dövlət xidmətlərinin illər üzrə rəqəmsal mühitə keçirilməsi ilə bağlı prioritet istiqamətlərin müəyyən edilməsi və onların onlayn formatda təşkil olunmasının əlaqələndirilməsi tədbirlərdən biri kimi müəyyən olunub.

Qeyd edilən tədbirlər çərçivəsində hazırlanmış qanun layihəsində aşağıda təsnifatlananan sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilməsi və sözügedən məlumatların EHİS üzərindən təqdim edilməsinin həmin sənədlərin təqdim edilməsinə bərabər tutulması imkanı ilə bağlı müddəalar təklif olunur:

Əmək və əhalinin sosial müdafiəsi sahəsi üzrə -

1. işçinin vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətləri, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnaməsi;

2. ünvanlı dövlət sosial yardımının təyin olunması və təyin olunmasından imtina edilməsi barədə qərar;

3. sosial müavinətlər təyin edilməsi və təyin olunmasından imtina qərarı;

4. əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, təyin edilməsindən imtina olunması, bərpası, dayandırılması və əmək pensiyalarının bir növdən başqa növə keçirilməsi barədə qərar;

5. şəxsin əlilliyinin müəyyən olunmasına və imtinaya dair qərar;

6. şəxsin işsiz və ya işaxtaran kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğvi barədə qərarlarda, fərdi məşğulluq proqramında və fərdi məşğulluq vərəqindəki məlumatlar.

Miqrasiya sahəsi üzrə -

1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə müvəqqəti olma müddətinin uzadılması barədə qərar;

2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi;

3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizin ərazisində əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsi vəsiqəsi;

4. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi;

5. qaçqın vəsiqəsi.

Səhiyyə sahəsi üzrə -

1. vətəndaşın sağlamlığının vəziyyətini əks etdirən tibbi sənəd;

2. tibbi sığorta şəhadətnaməsi;

3. ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişi.

Təhsil sahəsi üzrə -

1. təhsil haqqında dövlət sənədi;

2. müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə verilən arayış.

Yol hərəkətinin təşkili sahəsi üzrə -

1. sürücülük vəsiqəsi;

2. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;

3. nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon.

İqtisadiyyat sahəsi üzrə -

1. hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı haqqında şəhadətnaməsi;

2. hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrindən çıxarışı;

3. hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının nizamnaməsi və ya nizamnaməsinə dəyişiklik;

4. lisenziya və icazə, habelə onun əlavəsində göstərilən məlumatlar;

5. daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;

6. annuitet və icbari sığorta müqavilələri;

7. icbari sığorta şəhadətnaməsi.

Beləliklə, elektron xidmətlərin təşkili və göstərilməsi sahəsində fəaliyyətin effektiv təşkili, müvafiq sahə üzrə inzibatçılığın, habelə vətəndaşların məmnunluq səviyyəsinin artırılması məqsədilə əsas həyat hadisələri üzrə təqdim olunan dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının təminatını nəzərdə tutan müddəalar aşağıdakı nəticələrin əldə edilməsinə şərait yaradacaq:

1. Vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması – dövlət xidmətlərinin göstərilməsi zamanı tələb edilən sənədlərin şəxsin mobil telefonu vasitəsilə və ya hər hansı kompüterdən çap edilərək dövlət qurumlarına təqdim olunması imkanı şəxsin həmin sənədləri kağız daşıyıcıda əldə etmək üçün dövlət qurumuna əlavə müraciət etməsi zərurətini aradan qaldırır. Bu zaman sərf ediləcək vaxta və vəsaitə (nəqliyyat xərcləri, xidmət haqları) qənaət edilir.

2. Həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsinin həmin sənədlərin təqdim edilməsinə bərabər tutulması şəxsin mobil telefonu vasitəsilə və ya hər hansı kompüterdən çap edilərək dövlət xidmətlərinin göstərilməsi zamanı təqdim olunan məlumatlara kağız daşıyıcıdakı sənədlərlə bərabər hüquqi status verir. Başqa sözlə, həmin məlumatlar inzibati icraatın həyata keçirilməsi zamanı inzibati orqanlar tərəfindən hüquqi sənəd statusuna malik olduğu üçün qəbul olunur.

3. Kağız əsaslı xidmətdən məlumat əsaslı xidmətə keçirilməsinin təşkil olunması – dövlət qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərdə kağız daşıyıcıda tələb edilən sənədlərin sayını azaltmaqla həmin sənədlərin toplanılmasına və saxlanılmasına sərf edilən resurslara qənaət olunur. Bununla yanaşı, dövlət xidmətləri daha operativ göstərilir, kağız daşıyıcıda olan sənədlərin mötəbərliyinin yoxlanılmasına sərf edilən vaxta qənaət edilir. Belə ki, şəxsin mobil telefonu vasitəsilə və ya hər hansı kompüterdən çap edərək təqdim edəcəyi məlumatların mötəbərliyi Elektron Hökumət İnformasiya Sistemi üzərindən real vaxt rejimində yoxlanıla bilir.

4. Dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri arasında inteqrasiyanın təmin edilməsi üzrə işlərin sürətləndirilməsi – sənədlərin üzrə məlumatların rəqəmsallaşdırılması kağız daşıyıcıda olan sənədlərin surətli qaydada elektron mühitə keçidinə səbəb olmaqla dövlət qurumları arasında elektron məlumat mübadiləsinin dairəsini genişləndirəcək. Bu halda xidmətlərin proaktiv təşkili (şəxsin müraciəti olmadan) imkanı artacaq.

5. Elektron xidmətlərdən daha geniş istifadə olunması nəticəsində məmur-vətəndaş təması daha da azalacaq.

6. Ölkə vətəndaşları və digər xidmət istifadəçilərinin dövlət xidmətlərindən istifadə rahatlığı təmin ediləcək və məmnunluq səviyyəsi artacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri