Icma.az
close
up
RU
Dövlət, yoxsa özəl məktəb? ARAŞDIRMA

Dövlət, yoxsa özəl məktəb? ARAŞDIRMA

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdə təhsilhaqlarının yüksək olması ilə bağlı şikayətlərin sayı artıb. Valideynlər təhsilhaqlarının göstərilən xidmətlə təzad təşkil etdiyini, xidmət səviyyəsinin aşağı olduğunu düşünürlər. Şikayətlər əsasında məlum olur ki, özəl məktəblər son bir neçə ildə təhsilhaqlarını 20-40% artırıblar. 

Pravda.az-ın araşdırmasına görə, ölkədə fəaliyyət göstərən özəl orta məktəblərin sırasında 2024-cü il üzrə valideynlər ən çox Azərbaycan Beynəlxalq Məktəbi (TISA), Bakı Oksford Məktəbi, Avropa Azərbaycan Məktəbi, “XXI Əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, “Kaspi” Liseyi, “Hədəf” Liseyini seçməyə üstünlük veriblər. Digər sıralarda isə Oxbridge Academy, SABIS® SUN International School və Bakı Fransız Liseyi dayanır.

Bəs görəsən valideynlər övladları üçün özəl məktəb seçərkən hansı kriteriyalara üstünlük verməlidirlər?

Mövzunu mütəxəssislərlə də birgə araşdırdıq.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev bildirib ki, yeni tədris ilinin başlaması ərəfəsində valideynlər övladları üçün daha keyfiyyətli təhsil verən məktəb axtarışına çıxırlar:

Azərbaycan qəzaya uğrayan təyyarəmizlə bağlı tam obyektiv araşdırılmanın tərəfdarıdır

“Bəzi valideynlər özəl, yaxud dövlət təhsil müəssisələri arasında seçim edirlər. Azərbaycanda kifayət qədər dövlət və özəl məktəb var. Bildiyiniz kimi, dövlət məktəblərində təhsil ödənişsizdir. Ödənişli təhsil verən lisey və məktəblərimizin də sayı kifayət qədərdir. Vaideynlər seçim edərkən ilk növəbədə maddi imkanlarını nəzərə almalıdırlar. Bu gün Azərbaycanda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin ödənişli əsaslarla təşkili yetərincə fərqlidir. Bu baxımdan təhsil müəssisələri bir-birindən fərqlənir. Təbii ki, qiyməti formalaşdıran amillər sırasında məktəbin tədris dili, onun yerləşdiyi ünvan - lokasiya, daşıma xidmətləri dayanır. Əldə olunan dərs vəsaitləri də qiymətə təsirini göstərir. Bir çox özəl təhsil müəssisələrində uşaqların qidalanması ödənişsiz qarşılanır, əlavə məşğələlər təşkil olunur. Müəllimlərin yerli və əcnəbi olması məsələsi də bütövlükdə təhsil haqqının formalaşmasına təsirini göstərir. Təbii olaraq bəzi hallarda uyğunsuzluqlar, yəni təhsil haqqı məbləği ilə verilən təhsil arasında disbalans  mövcud olur. Belə halları da görürük. Ümumiyyətlə, istər dövlət, istərsə də özəl orta məktəb seçimi zamanı valideynlərin mütləq birinci növbədə məktəbin maddi-texniki bazasının səviyyəsini, müəllim potensialını qiymətləndirmələri xüsusi önəm kəsb edir. Ən önəmli məqam seçilən məktəbin məzunlarının hansı ali təhsil müəssisələrində təhsil aldıqlarıdır. Məsələn, məzunlar Azərbaycanda təhsil alsalar da, Dövlət İmtahan Mərkəzinin imtahanında hansı nəticələri göstəriblər? Bu, diqqətə alınmalıdır. Yaxud xarici ölkə universitetlərində təhsil alan məzunlar hansı universitetlərdə təhsil alırlar? Həmin universitetlərin dünya reytinqinə düşüb-düşmədikləri də nəzərə alınmalıdır. Bütün bu göstəricilər  bütövlükdə götürüləndə valideynin seçim etdiyi məktəb haqqında təsəvvürü yaranmış olacaq. Nəticədə, seçdikləri təhsil müəssisəsinin gələcəkdə övladlarına verəcəyi təhsilin kifayət qədər dünyəvi olduğunun şahidi olacaqlar”.

Deputat vurğulayıb ki, bəzi ekspertlər özəl təhsil müəssisələrində təhsil haqlarının çox yuxarı olduğunu deyirlər: “Hesab edirəm, bu yanaşma doğru deyil. Çünki özəl təhsil müəssisəsinin təhsil haqqının məbləğinin müəyyənləşdirilməsi həm də birbaşa müəssisənin sahibkarı ilə də əlaqəlidir. Təhsil haqlarının məbləği fərqli ola bilər. Bu fərqliliyin nədən ibarət olduğunu da valideynlər orta məktəb seçimini edərkən nəzərə almalıdırlar. Digər önəmli amil uşaqlara tədris ediləcək təhsil proqramıdır. Bu beynəlxalq təhsil proqramlarının səviyyəsindən, gələcəkdə hansı ali təhsil müəssisələrində keçərli olmasından çox şey asılıdır. Valideynlər nəzərə almalıdırlar ki, qoyduqları sərfiyyat müqabilində övladları orta məktəbi bitirdikdən sonra nəyə nail olacaq? Hansı beynəlxalq sertifikatlar, imtahanlarla gələcəkdə hansı universitetlərə müraciət etmək hüququ əldə edə biləcəklər? Bütün bunlar valideynlər üçün önəmli kriteriya olmalıdır”.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə bildirib ki, Azərbaycanda son illərdə özəl məktəblərin sayı sürətlə artıb və valideynlər arasında dövlət məktəbləri ilə müqayisədə özəl məktəblərə maraq yüksəlib:

“Özəl məktəblərin seçimi valideynlər üçün vacib qərarlardan biridir, çünki təhsilin keyfiyyəti uşağın gələcək inkişafına birbaşa təsir edir. Özəl məktəblərə marağın artmasının əsas səbəbləri arasında daha yaxşı maddi-texniki baza, fərdi yanaşma, xarici dillərin intensiv tədrisi və əlavə dərs proqramlarının olması göstərilir. Lakin özəl məktəbə yüksək təhsil haqqı ödəmək onun mütləq şəkildə keyfiyyətli olması demək deyil. Buna görə də valideynlər seçim edərkən bəzi əsas göstəricilərə diqqət yetirməlidirlər. Məktəbin akademik göstəriciləri önəmli faktorlardan biridir. Özəl məktəblərin əksəriyyəti şagirdlərinin ali məktəblərə qəbul göstəricilərini və beynəlxalq sertifikat proqramlarında, məsələn, IB, A-level, SAT, IGCSE və s., nəticələrini paylaşır. Yüksək qəbul göstəriciləri məktəbin tədris səviyyəsinin və şagird hazırlığının keyfiyyətini göstərə bilər. Lakin bəzi məktəblər yalnız ən yaxşı nəticə göstərən şagirdlərin uğurlarını ön plana çıxarır. Buna görə də məktəbin real akademik göstəricilərini qiymətləndirərkən ümumi nəticələr və şagirdlərin orta göstəriciləri nəzərə alınmalıdır”.

Ekspert qeyd edib ki, müəllim heyətinin peşəkarlığı da mühüm faktordur: “Keyfiyyətli təhsil müasir proqramlardan və texnologiyalardan istifadə edən, peşəkar və motivasiyalı müəllimlər tərəfindən təmin edilir. Özəl məktəblərdə bəzən xarici müəllimlərdən reklam məqsədilə istifadə edilir, lakin müəllimin haradan gəldiyindən çox, onun pedaqoji bacarığı önəmlidir. Valideynlər məktəbə gedərək müəllimlərin ixtisas səviyyəsi, təcrübəsi və tədris metodları barədə məlumat əldə etməlidirlər. Müəllimlərin sertifikatlaşdırma proqramlarında iştirakı və onların təkmilləşdirilməsi üçün nə qədər resurs ayrıldığı da önəmlidir. Tədris proqramının məzmunu və tətbiq olunan metodologiyalar da ciddi nəzərə alınmalıdır. Bəzi özəl məktəblər kurikulumlarını beynəlxalq standartlara uyğun hazırlayır və xarici ölkələrdə qəbul edilən proqramlardan istifadə edirlər. Məsələn, British School in Baku və European Azerbaijan School İngilis kurikulumu - Cambridge, IB əsasında təhsil verir. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi və Dünya məktəbi (World School) isə daha çox yerli və beynəlxalq proqramların kombinasiyasını təqdim edir. Lakin bəzi özəl məktəblərdə “beynəlxalq” adı altında yerli proqramın, sadəcə, fərqli dizaynda təqdim edildiyi də müşahidə olunur. Valideynlər məktəbin təqdim etdiyi proqramın real olaraq hansı standartlara əsaslandığını öyrənməli və bunun beynəlxalq səviyyədə tanınıb-tanınmadığını yoxlamalıdırlar. Siniflərin ölçüsü və fərdi yanaşma imkanları da mühüm şərtlərdən biridir. Kiçik siniflərdə hər bir şagirdə daha çox diqqət ayrılır və təhsil fərdiləşdirilmiş olur. Adətən özəl məktəblər siniflərdəki şagird sayını 10-15 nəfər səviyyəsində saxlamağa çalışır. Bəzi özəl məktəblər isə yüksək gəlir əldə etmək məqsədilə çox sayda şagird qəbul edir və bu, təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər. Məktəbin maddi-texniki bazası və resursları da diqqətlə qiymətləndirilməlidir. İnfrastruktur, laboratoriyalar, idman zalları, kitabxana və texnologiyaların mövcudluğu təhsil keyfiyyətinə birbaşa təsir edir. Müasir özəl məktəblərin bir çoxu STEM və STEAM laboratoriyaları ilə təchiz olunub, lakin bəzi məktəblərdə bu texnologiyalar mövcud olsa da, onların effektiv istifadə edilməsi ilə bağlı problemlər yaşanır”.

Kamran Əsədov deyib ki, psixoloji dəstək və şagirdin sosial-emosional inkişafına verilən diqqət də məktəb seçimində mühüm rol oynayır: “Uşaqların təhsil aldığı mühit onların psixoloji sağlamlığına təsir edir və məktəbdə psixoloq və mentorluq sisteminin olması onların tədrisə adaptasiyasını asanlaşdırır. Keyfiyyətli özəl məktəblər yalnız akademik nailiyyətlərə deyil, həm də şagirdlərin emosional və sosial inkişafına fokuslanmalıdır. Valideynlərin özəl məktəb seçimində nəzərə almalı olduqları digər vacib amillərdən biri də məktəbin valideyn-şagird münasibətlərinə yanaşma tərzidir. Peşəkar məktəblər valideynlərlə müntəzəm əlaqə saxlayır, onların rəyini nəzərə alır və şagirdin inkişafı haqqında vaxtaşırı məlumat verir. Bəzi məktəblər isə yalnız rəsmi tədbirlər zamanı valideynlərlə ünsiyyət qurur və bu, məktəb-valideyn əməkdaşlığının zəif olmasına gətirib çıxarır. Məktəbin ödəniş sistemi və əlavə xərclər də diqqətdən kənarda qalmamalıdır. Bəzi özəl məktəblər ilkin ödənişi təqdim edərkən əlavə xidmətlərin həmin məbləğə daxil olduğunu bildirsələr də, sonradan əlavə xərclər tələb edirlər. Bu, dərsdənkənar fəaliyyətlər, məktəb forması, yemək xərcləri və əlavə dərs materialları ilə bağlı ola bilər. Valideynlər məktəb seçərkən bütün mümkün xərcləri əvvəlcədən öyrənməli və sonradan gözlənilməz xərclərlə qarşılaşmamaq üçün müqaviləni diqqətlə oxumalıdırlar. Özəl məktəblərin seçimi təkcə qiymət əsasında aparılmamalıdır. Məktəbin bahalı olması onun keyfiyyətli təhsil verdiyi anlamına gəlmir. Bir çox hallarda məktəblər yüksək ödənişlər təyin edərək özlərini prestijli məktəb kimi təqdim etsələr də, real olaraq təhsil keyfiyyətləri yüksək olmaya bilər. Buna görə də, valideynlər məktəbin imicinə deyil, real nəticələrinə, akademik göstəricilərinə və pedaqoji heyətin səviyyəsinə diqqət yetirməlidirlər. Nəticə olaraq, özəl məktəb seçimi zamanı valideynlər təkcə məktəbin prestiji və reklamına deyil, real akademik nəticələrə, müəllim heyətinə, tədris proqramına, sinif ölçülərinə, maddi-texniki bazaya və psixoloji dəstək sisteminə diqqət yetirməlidirlər. Özəl məktəblərin bəzən yüksək ödəniş tələb etməsi onların keyfiyyət göstəricisi deyil və buna görə də hər bir məktəb fərdi şəkildə araşdırılmalıdır. Ən yaxşı seçim, uşağın maraqlarına və təhsil ehtiyaclarına uyğun olan məktəb olacaqdır”.

Təhsil məsələləri üzrə ekspert Elçin Süleymanov isə məsələni belə dəyərləndirib:

“Azərbaycanda orta məktəblərdə özəl təhsil təcrübəsi 1990-cı illərdən başlayıb. Doğrudur, bizdə özəl məktəblər ümumtəhsil müəssisələrinin 1 faizindən də azdır. Azərbaycanda 4500-ə yaxın orta təhsil müəssisəsi var. Özəl təhsil müəssisələrinin sayı, təxminən, 100-ə yaxındır. Təbii ki, özəl məktəb imkan və seçim məsələsidir. Şagirdlərin xarici dil, müxtəlif texnologiyalardan istifadə bacarıqları, eyni zamanda təhsil prosesində müəyyən qədər əyləncəli metodlardan istifadə onların dünya görüşlərinin inkişafına müsbət təsir göstərir. Özəl təhsil müəssisələri iki şəkildə fəaliyyət göstərir: birincisi, lokal təşəbbüslərin açdığı təhsil müəssisələri, ikincisi, beynəlxalq təhsil müəssisələrinin akreditə olunmuş Azərbaycandakı filialları. Valideynlər daha çox belə təhsil müəssisələrinə beynəlxalq səviyyədə tanınmış diplomlarına görə üz tuturlar, çünki sonradan övladlarını xaricdə oxutmaq istəyirlər. Bu tipli məktəblərin diplomlarının tanınması prosesi daha sadə olur. Valideynlərin özəl məktəb seçərkən ən birinci məktəbin infrastrukruna, müəllim kollektivinə, nəzarət sisteminə, əvvəlki illərdəki məzunların qəbul göstəricilərinə baxmaları faydalı olar”.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Mart 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zərərlə işləyən kredit ittifaqları: detallı araşdırmaya ehtiyac var

30 Aprel 2025 23:32see186

ABŞ 350 milyard dollardan çox vəsait ala bilər

01 May 2025 08:28see127

Vens: Uoltsun istefasının Signal messenceri qalmaqalı ilə əlaqəsi yoxdur

02 May 2025 04:22see127

Fərid Qayıbov Göygöl Olimpiya İdman Kompleksinə baxış keçirdi FOTOLAR

30 Aprel 2025 23:40see126

Elməddin Cəfərov: Qurban deyəndə ağla qoyun kəsmək gəlməməlidir

02 May 2025 02:34see126

Ruslar Viber i 800 min rubl cərimələyiblər...

30 Aprel 2025 23:38see123

Microsoftun süni intellekt aləti Recall

02 May 2025 04:02see122

ABŞ 131 miqrantı Özbəkistana deportasiya edib

30 Aprel 2025 23:35see121

Zamiq Əliyev finalda 120 dəqiqə oynadı

02 May 2025 00:21see121

Lionel Messinin nailiyyətini üstələdi, Kriştiano Ronaldoya yaxınlaşdı

01 May 2025 17:41see120

Sosial yardım adı altında dələduzluq Diqqətli olun!

01 May 2025 20:31see119

Azərbaycan yığmasının məşqçisi: Reqatadakı nəticələrimizin davamını beynəlxalq arenada gətirmək istəyirik

01 May 2025 17:41see119

“Bakı, Təbriz, Ankara, biz hara, farslar hara!” “Traktor” sabah çempion ola bilər

01 May 2025 21:51see117

Zəngin insanlar hansı rənglərdən uzaq durur və nə üçün?

01 May 2025 17:28see113

Qızıl almaq istəyənlər üçün fürsət sürətlə enir

01 May 2025 09:41see113

Sel körpünü dağıtdı

02 May 2025 03:01see112

Kəşmirdə terrorun dəhşətli görüntüləri yayıldı VİDEO

30 Aprel 2025 23:35see111

Manaf Ağayev oğullarından şikayət etdi

01 May 2025 14:44see110

Səhərlər bir ovuc kişmiş yeyərək ÖMRÜNÜZÜ UZADIN

01 May 2025 20:08see110

25 ölkədən 175 gimnast Bakıda medal uğrunda yarışacaq...

01 May 2025 19:36see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri