Icma.az
close
up
RU
Yarısı gedir: Ukraynanı tərk edən məzun qızların sayı artır KİV

Yarısı gedir: Ukraynanı tərk edən məzun qızların sayı artır KİV

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Rusiya ilə müharibənin davam etdiyi şəraitdə Ukraynada məktəbi bitirən gənclər getdikcə daha çox Avropada təhsil almağı seçirlər. Xüsusilə qızların xaricə üz tutması, ölkənin demoqrafik gələcəyi baxımından ciddi təhlükə hesab olunur. 

Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Telegraph" nəşri yazıb.


Təhsil keyfiyyəti və təhlükəsizlik - əsas səbəblər

Nəşrin müxbiri Lvov şəhərindəki bir məktəbin məzunları və müəllimləri ilə danışıb. 17 yaşlı Kira Yuximenko, əslən Zaporojye vilayətindəndir. O bildirib ki, müharibədən əvvəl Kiyev və ya Xarkovda təhsil almağı planlaşdırırdı. Lakin müharibə səbəbindən Lvova köçdükdən və bir neçə dəfə Polşanın Krakov şəhərinə səfər etdikdən sonra qərarını dəyişib.

"Bombardman və hava həyəcanı zamanı oxumaq mümkün deyil. Sığınacağa düşüb internetə bağlanmaqla dərs keçmək olmur. Mən isə uğur qazanmaq istəyirəm", deyə o bildirib.

Onun sinif yoldaşı Tatyana Marviy də əvvəllər Ukraynada ali təhsil almağı planlaşdırdığını, lakin bacısının imtahan zamanı hava həyəcanı səbəbilə aşağı nəticə göstərməsindən sonra qərarını dəyişdiyini bildirib. O, artıq Litvanın paytaxtı Vilnüsdə beynəlxalq münasibətlər ixtisasını oxumağı planlaşdırır.


Yarım sinif Avropaya gedir

Lvov Fizika-Riyaziyyat Liseyinin sabiq şagirdi Taras Hrıvnyak artıq Vyana Universitetinə qəbul olunub. O bildirib ki, onun sinif yoldaşlarının yarısı – həm oğlanlar, həm də qızlar – Avropaya gedib.

Məktəbin müəlliməsi Lyudmila Makoхina da şagirdlərin çoxunun Avropa universitetlərinə üstünlük verdiyini təsdiqləyib.

Başqa bir müəllimə, Svetlana Bojko deyib ki, onun 11-ci sinifindəki 34 şagirddən 18-i (8 qız və 10 oğlan) Avropaya köçmək qərarına gəlib.


Miqrasiya - demoqrafik "zaman bombası"

"The Telegraph" yazır ki, müharibənin üç ili ərzində minlərlə gənc, xüsusilə də qızlar Ukraynanı tərk etməyə qərar verib. Bu isə təkcə intellektual potensialın itirilməsi deyil, həm də demoqrafik böhranın dərinləşməsi deməkdir. Nəşr bunu "yavaş işləyən demoqrafik bomba” adlandırır.

Məqalədə vurğulanır ki, təkcə 2022-ci ildə Polşada təhsil alan ukraynalı qız tələbələrin sayı ikiqat artıb.


Məzun sayı azalır - statistika

Ukrayna Təhsil Nazirliyinin məlumatlarına görə, bu il 312 min şagird Milli Çoxfənli Testdə (NMT) iştirak üçün qeydiyyatdan keçib. Bu rəqəm ötən illə eynidir, lakin ümumi tendensiya mənfidir: son illərdə hər il məzunların sayı 20–30 min azalır. Məsələn, 2008-ci ildə bu rəqəm 630 min idi.

Bu göstərici Ukraynadakı uzunmüddətli mənfi demoqrafik proseslərin əyani sübutudur. Kiyev İqtisad Məktəbinin araşdırmasına görə, əgər bu tendensiya davam edərsə, 2100-cü ilə qədər Ukraynanın əhalisi 15,2 milyon nəfərə qədər azalacaq.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri