Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Dövlətçilik məfkurəsinin memarlarından Yusuf Xas Hacib Balasagunlu

Dövlətçilik məfkurəsinin memarlarından Yusuf Xas Hacib Balasagunlu

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aydın Qasımlı

Türk Qaraxanlı dövləti Qarluq, Uyğur, Arqu, Türkeş, Yağma, Oğuz və Qıpçaq Türklərini özündə birləşdirən Orta Doğu Türklüyünün ən yüksək inkişaf etmiş yüz illik (940-1040-cı illər) mədəni bir dövləti olmuş, Türk millətinin Türk dili və ədəbiyyatının, Türk-İslam mədəniyyətinin yeni tərzdə formalaşmasını təmin etmişdi. Bu yeni Türk-İslam çulğalaşmış mədəniyyətinin ən böyük təmsilçiləri bu dövrdə Qaraxanlı dövlətinin iki unudulmaz mütəfəkkiri olan Mahmud Kaşğarlı ilə Yusuf Xas Hacib Balasağunludur.

Bunlardan Mahmud Kaşğarlı "Divanü-lüğət-it-Türk" əsəri ilə XI əsrdə Türklərin, onların dili və ədəbiyyatının üstünlüklərini ortaya qoymuş, Yusuf Xas Hacib Balasağunlu isə "Qutadqu Bilik" əsəri ilə dövrünün klassik ədəbi Türkcəsini ədəbi nəzm şəklində meydana qoymuş, Türk dövlətçilik fəlsəfəsinin mahiyyətini şərh etmişdir.

Yusuf Balasağunlunun həyatı haqqında məlumat çox azdır. Yalnız "Qutadqu Bilik" əsərinin girişindən bəlli olur ki, onun adı Yusuf, rütbəsi isə "Xas Hacib" olub əslən Şərqi Türküstanın mədəniyyət mərkəzlərindən olan Balasağun şəhərindəndir. O, daha sonra Doğu Türküstanın mədəniyyət mərkəzlərindən biri olan Kaşğar şəhərinə köçmüş, "Qutadqu Bilik" (Xoşbəxtlik elminin əsasları) əsərini də burada bitirərək Qaraxanlı hökmdarı Mahmud Buğra Qara Xana təqdim etmiş, bunun müqabilində Xaqan tərəfindən "Xas Hacib" rütbəsi qazanmışdır.

Təpədən dırnağa qədər kamil bir Türküstan Türkü olan Balasağunlu Yusuf Xas Hacib dövrün (XI əsr) Şərq və Qərb fəlsəfəsinə və elminə dərindən bələd olmuş, öz mükəmməl əsəri olan "Qutadqu Bilik"də Türk adət-ənənəsini, Türk dövlətçilik fəlsəfəsinin mahiyyətini, Türk təfəkkür tərzini praktik həyat tərzinə uyğun şərh etmişdir. Mütəfəkkirin nəzərində Kaşğar şəhəri təkcə Qaraxanlı dövlətinin mədəniyyət mərkəzi və paytaxtı deyil, həm də bünyəsində Türk cəmiyyətinin bütün varlığını toplamış bir şəhərdir. (Əhməd Cəfəroğlu. Qaraxanlılar dövrü Türk ədəbiyyatı. Bax: Türk dünyası. III cild, ikinci baskı, Ankara, 1992, səh. 60).

"Qutadqu Bilik" əsəri Qaraxanlı Türk dövlətinin quruluşunu, inkişaf dövrlərini, Türklərin İslam dinini qəbul etməsini özündə əks etdirən, eyni zamanda Türk yazılı ədəbi dili baxımından da önəmli bir örnəkdir. Müəllif öz dövrünün düşünürü kimi əsərində insana dünyada xoşbəxt ola bilməsi üçün gərəkli bilgilər verməyə çalışmışdır. Cəmiyyət həyatının və dövlət düzəninin ideal yönlərinin necə olması üzərində dayanan mütəfəkkir öz düşüncələri ilə insanların bir növ sözçüsü olmuş, insan həyatının mənasını, insanın cəmiyyət və dövlət içindəki həyat fəlsəfəsini açıqlamışdır. Əsərdə toplumun yükləndiyi sorumluluq duyğuları ön planda verilmişdir. Müəllifin əsas məqsədi ideal bir həyat düzənini ortaya qoymaq, müsəlmanların bir-biri ilə qardaş kimi əl-ələ verərək öz dinlərini dünyaya yaymaq olmuşdur.

"Qutadqu Bilik" əsəri Türk İslam düşüncəsinin dövlətçilik anlayışı, idarəçilik məharəti, qayda-qanunlarla yaşamaq ehtiyacı barədə ilk yazılı abidədir.

Müəllif əsərində dövrünün cəmiyyət əsasını təşkil edən ən qüvvətli ünsürlər, Türk dövlət adamları, onların rütbələri, ayrı-ayrı məslək və peşə sahibləri, xalq təbəqələri haqqında müfəssəl məlumatlar vermiş, təkamül hüququ və qaydaları kimi anlayışları dilə gətirmişdir. Didaktik bir əsər olan "Qutadqu Bilik"dəki müəllifin aşağıdakı fikir və mülahizələri Türk dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil edir. Müəllif yazır:

"Dövlətin olması üçün orduya ehtiyac var,

Ordunun olması üçün sərvət paylamaq gərəkir,

Sərvət əldə etmək üçün xalq zəngin olmalıdır,

Xalqın zənginliyini isə ancaq örf və ədalət təmin edər".

(İqtibas Rasonyinin "Tarixdə Türklük" əsərindən götürülmüşdür. Bax: Prof.Dr. Laszlo Rasonyi. "Tarihte Türklük". Ankara, 1971, səh. 58).

"Qutadqu Bilik" əsəri orta əsrlərdə dünyanın bir çox yerlərində yayılaraq geniş şöhrət qazanmışdı. Belə ki, "Bu əsərə Çinlilər "Ədalət mülkü" demiş, Maçin məlikinin nədimləri "Məmləkətin aynası" adlandırmış, Gündoğanlılar "Zinətül üməra", İranlılar "Türkün Şahnaməsi" adı vermiş, bəziləri "Pəndnameyi-müluk", Turanlılar isə "Qutadqu Bilik" (Səadət gətirən elm) adlandırmışlar". (Bax: Nizami Cəfərov. "Türk xalqları ədəbiyyatı". I cild, Bakı, 2006, səh. 221).

Əsərin belə adlandırılması onun böyük rəğbət qazanmasına dəlalət edir. Çünki əsər zərif dili və əxlaqi mövzusu ilə uzun müddət Türküstanın ədəbi Türkcəsinin təmsilçisi kimi Türk ədəbiyyatında mühüm bir cığır açmış, Türk ədəbiyyatında ilk dəfə nəzm ədəbiyyatının əsasını qoymuş, Türk mədəniyyətini Türk tarixi keçmişi ilə çulğalaşdırmışdır.

Türk ictimai fəlsəfəsini özündə əks etdirən "Qutadqu Bilik" əsəri dilinin təmizliyi, cinas və qafiyələrin yerli-yerində olması baxımından da diqqətəlayiqdir. Bu onu göstərir ki, Yusuf Xas Hacib "dövrü üçün ustadlıq taxtına erişmiş, mümtaz bir şəxsiyyət olmuşdur". (Əhməd Cəfəroğlu, göstərilən məqaləsi. Bax: Türk dünyası. III cild, ikinci baskı, Ankara, 1992, səh. 60).

Türk-İslam klassik ədəbiyyatının ilk böyük həcmli əsəri olan "Qutadqu Bilik" Qaraxanlı, yaxud Kaşğar Türkcəsində (Mahmud Kaşğarlı bu Türkcəni "Xaqaniyyə Türkcəsi" adlandırıb - A.M.) qələmə alınıb, əruzun "Mütəqarib" bəhrindədir. XI əsrin ən böyük Türk yazılı abidəsi olan bu əsər sadə bir üslubda yazıldığından geniş Türk ellərində yayılmış, çağında Türküstan ellərinin ən mükəmməl bir ədəbi abidəsi sayılmışdır. Ona görə də Xaqan müəllifini əzizləyib, dəyərləndirib öz sarayında "Xas Hacib" etmiş, Yusuf "Ulu Xas Hacib" adı məşhur olub dünyaya yayılmışdır.

Əslində ədaləti, dövləti, ağlı və qənaəti fəzilətin əsası sayan müəllif elmə yüksək qiymət vermiş, dövrün hökmdarlarını ədalətli olmağa, elmə yiyələnməyə səsləmişdir:

Qalxır zəka əhli, ucalır qat-qat,

Elmilə sayılır ən əziz ustad.

Bəylər nə cür aldı dövranı ələ?

Yalnız zəka ilə, yalnız elm ilə.

Müəllifə görə, elmin, təfəkkürün də əsası dildir. Dil insanı əzizlədiyi, ucaltdığı kimi onun başını da yarar:

Elmin, təfəkkürün dilmancıdı Dil,

Kişini bəxtinə Dil çatdırar, bil.

Kişini əzizlər, ucaldar da Dil,

Yarar həm başını, qocaldar da Dil.

Bir növ tarixi əsər olan "Qutadqu Bilik" Türk ulusunun yeni bir gələcəyə doğru yönəldiyi dövrün ən öndə gələn abidəsi, öz dövrünün yüksək mədəni səviyyəsi haqqında müfəssəl məlumatlar toplusu, tarixi Türk mədəniyyəti və gələnəklərinin dolğun bir xəzinəsidir.

Əsərin müqəddiməsində müəllif göstərmişdir ki: "Bu kitabı oxuyan, bu beytlərin mənasını anlayan insan bu kitabdan da əzizdir".

Balasağunlu Yusuf Xas Hacib özünün məşhur "Qutadqu Bilik" əsəri ilə İslam-Türk klassik ədəbiyyatının əsasını qoymuş, Türk varlığının bütün çalarlarını özündə əks etdirmiş, tarixi Türk dili mədəniyyəti, adət-ənənələrinin xəzinəsini yaratmışdı.

Əsərdə həmçinin müəllifin özünəqədərki Elçi Bəy, Yağma Bəyi, Ötükən bəyi, Türk Xanı, Yabquların Başı kimi ümumiləşmiş böyük Türk tarixi şəxsiyyətlərinin obrazlarını canlandırması, Türk cəmiyyətinin varlığını, xalq psixologiyasını əks etdirməsi onu bütün o dövrkü Türk aləmində məşhurlaşdırmış, hətta Moğollar arasında belə hörmətlə yad edilmiş, əsərdə irəli sürülüən müddəalar bir yasa halına gətirilmiş, bir müddət tədrisə belə daxil edilmişdi.

Əsərini Doğru yol - Gün Doğdu, Dövlət - Ay doğdu, Ağıl, Məntiq - Ögdülmüş və Aqibət - Odqurmuş adlı dörd ünsür üzərində quran müəllif bunları qədim dörd Türk qəhrəmanının adı ilə dəyərləndirmiş, dövrünün böyük Türk dövləti olan Qaraxanlı dövlətini İslam dünyasının ideal bir Türk dövləti kimi təqdim etmişdir.

"Qutadqu Bilik" tarixi bir Türk dili və ədəbiyyatı yadigarı kimi uzun müddət Türk ədəbiyyatı məktəbinin yaşamasına səbəb olmuşdur. Belə ki, Qaraxanlılardan sonra yaranan bir çox ədəbi əsərlərə, o cümlədən də Ədib Əhməd Yüknəkinin "Atabətül – Həqayiq”, Əhməd Yəsəvinin “Divani – Hikmət”, Rabquzinin “Qisasül - Ənbiya" əsərlərinə "Qutadqu Bilik" əsərinin qüvvətli təsiri olmuşdur.

Dövlətçitlikdə idarəçiliyi ən mühüm amil sayan Yusuf Xas Hacib göstərirdi ki: "Bəylər comərd olarsa, adları dünyaya yayılar, dünya da bu şöhrətləri sayəsində qorunar". (Bax: "Qutadqu Bilik". Ankara, 1959, səh. 155). Dövrünün milli adət-ənənələri və xalqının duyğu və istəklərinə tərcüman olan bu mütəfəkkir "hökmdarlara xəzinəni açmağı və xalqa mal dağıtmağı" tövsiyyə edirdisə, ondan sonra yaranan əsərlərdə dövlətçilikdən daha çox təsəvvüfi məsələlərə və kamil insan anlayışına geniş yer verilmişdir ki, bunun da ilk yaradıcısı böyük Türk mütəsəvvifi Əhməd Yəsəvidir.

Əhməd Yəsəvi "Şəriətin nizamı, Təriqətin inamı, Həqiqətin tamamı" söyləməklə Türk təsəvvüf hərəkatının ən böyük rəhbərlərindən sayılmışdır. Mütəxəssislərin fikrincə, "Əhməd Yəsəvi bir baxıma görə Türk qövmləri arasında "Qutadqu Bilik" prototipi mahiyyətində yeni bir xalq şeri məktəbi quranlardan sayılmış, xalq içindən çıxdığı üçün ruh oxşayıcı və çəkici olan hikmətləri sayəsində çox qısa bir zamanda çadırda yaşayan bozkır xalqının düşüncəsi üzərində geniş təsirlər yaratmış, bəxtiyar, əfsanəvi şəxsiyyətlər səviyyəsinə yüksəlmiş, kəramətləri, hikmətləri ilə geniş Türk xalqını sarmış, düşüncələri ağızdan-ağıza dolaşaraq bütün Türk dünyasına yayılmışdır"

Ruhu şad olsun !

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Dekabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri