Icma.az
close
up
RU
Dövlətçilikdən geosiyasi gücə doğru

Dövlətçilikdən geosiyasi gücə doğru

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Tarix yalnız keçmişin xronologiyası deyil, həm də xalqların siyasi iradəsinin, milli düşüncəsinin və dövlət qurmaq qabiliyyətinin göstəricisidir. Bəzi tarixi hadisələr zamanın müəyyən bir dövrü ilə məhdudlaşmır, əksinə gələcək nəsillərin taleyinə və dövlətlərin inkişaf trayektoriyasına təsir edən siyasi məktəbə çevrilir. Azərbaycan xalqının tarixində 28 May – Müstəqillik Günü məhz belə hadisələr sırasındadır. Bu tarix yalnız bir dövlətin yaradılması deyil, həm də Azərbaycan xalqının beynəlxalq siyasi münasibətlər sistemində müstəqil subyekt kimi çıxış etmək iradəsinin bəyanı idi.

1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti yalnız ölkəmizin tarixində deyil, bütövlükdə Şərq və müsəlman dünyasının siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Həmin dövrdə regionun böyük hissəsi imperiyaların siyasi təsiri altında olduğu halda, Azərbaycan xalqı demokratik idarəetmə modelinə əsaslanan parlament respublikası yaratmaqla müasir dövlətçilik ənənələrinin əsasını formalaşdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını sırf tarixi hadisə kimi qiymətləndirmək düzgün olmazdı. Bu hadisə eyni zamanda ciddi siyasi və geosiyasi məna daşıyırdı. Çünki Cümhuriyyətin qurulması Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək hüququnu beynəlxalq ictimaiyyət qarşısında siyasi reallığa çevirdi. Xalq ilk dəfə olaraq öz gələcəyini müstəqil şəkildə müəyyən etmək imkanını əldə etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əsaslarını belə xarakterizə etmişdir: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır." Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi yalnız hüquqi sənəd deyildi. Bu sənəd müstəqil dövlət quruculuğunun siyasi proqramı idi. Burada xalq hakimiyyəti, demokratik prinsiplər, hüquq bərabərliyi və milli suverenlik anlayışları öz əksini tapmışdı. Həmin dövr üçün kifayət qədər mütərəqqi hesab edilən bu prinsiplər Azərbaycan dövlətçilik tarixinin gələcək istiqamətlərini müəyyənləşdirdi. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti çox mühüm siyasi nəticələr əldə etdi. Parlamentin yaradılması, dövlət idarəçilik institutlarının formalaşdırılması, milli ordunun qurulması, dövlət atributlarının qəbul edilməsi və beynəlxalq diplomatik əlaqələrin genişləndirilməsi qısa zaman ərzində həyata keçirilmiş strateji addımlar idi. Xüsusilə xarici siyasət sahəsində həyata keçirilən tədbirlər diqqət çəkirdi. Gənc dövlətin əsas məqsədi beynəlxalq səviyyədə tanınmaq və qlobal siyasi sistemdə öz yerini müəyyən etmək idi.

Azərbaycan Xalq Cümhuriyyətinin siyasətində dövlətin yalnız hərbi və iqtisadi əsaslarla inkişaf etdirilməsi deyil, həm də milli intellektual potensialın formalaşdırılması prioritet məsələlərdən biri idi. Təhsil sisteminin yenilənməsi, məktəblərin milliləşdirilməsi, Bakı Dövlət Universitetinin yaradılması və milli hüquq sisteminin formalaşdırılması dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi idi. Cənab Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunu belə qiymətləndirmişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı." Lakin dünya siyasi tarixində olduğu kimi, Azərbaycanın da müstəqillik yolu mürəkkəb və çətin sınaqlarla müşayiət olundu. 1920-ci ildə Cümhuriyyətin süqutu Azərbaycan xalqını dövlət müstəqilliyindən məhrum etsə də, milli dövlətçilik ideyasını məhv edə bilmədi. Müstəqillik arzusu xalqın düşüncəsində və milli yaddaşında yaşamağa davam etdi. 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə yaranmış mürəkkəb vəziyyət dövlətçiliyin gələcəyini təhlükə altına salmışdı. Daxili siyasi qarşıdurmalar, iqtisadi böhran və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ölkəni ciddi risklərlə üz-üzə qoymuşdu. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi tarixində dönüş nöqtəsinə çevrildi. Onun rəhbərliyi altında ölkədə sabitlik təmin edildi, dövlət idarəetməsi gücləndirildi və milli maraqlara əsaslanan inkişaf strategiyası müəyyən olundu. Ulu Öndərin məşhur fikri bu gün də dövlətçilik siyasətinin əsas fəlsəfəsi kimi qəbul edilir: "Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi." Bu siyasi kurs cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirildi. Azərbaycanın iqtisadi potensialı artdı, beynəlxalq siyasi mövqeyi möhkəmləndi, enerji təhlükəsizliyi sahəsində strateji layihələr reallaşdırıldı və ölkəmiz regionun aparıcı siyasi aktorlarından birinə çevrildi. Məhz düşünülmüş siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Bu gün Azərbaycan yalnız müstəqil dövlət deyil, həm də regional və beynəlxalq proseslərə təsir göstərən siyasi güc mərkəzidir. Cənab Prezident İlham Əliyevin dediyi kimi: "Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!"

Bu gün 28 May Müstəqillik Günü təkcə tarixi yaddaşın qorunması deyil, həm də dövlətçilik siyasətinin uğurlu davamının rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu siyasi təməllər müasir Azərbaycanın güclü dövlət modelində yeni məzmun qazanmışdır. Bir əsr əvvəl istiqlal ideyasını siyasi reallığa çevirən Azərbaycan xalqı bu gün həmin ideyanı daha böyük siyasi və geosiyasi gücə çevirməyi bacarmışdır. Dövlətçilik tariximizin əsas məntiqi də məhz bundan ibarətdir: güclü milli iradə, uzaqgörən siyasət və dəyişməz müstəqillik prinsipi.

Rəşad Əsgərov,

SOCAR-ın “Kompleks Qazma İşləri Tresti”nin rəisi, YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 May 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri