Icma.az
close
up
RU
Dövlətə 81,5 milyon manat zərər vuran 30 nəfər məsuliyyətə cəlb olunub

Dövlətə 81,5 milyon manat zərər vuran 30 nəfər məsuliyyətə cəlb olunub

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdıran və əlavə dəyər vergisini talayan mütəşəkkil dəstə ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Baş Prokurorluğun İstintaq idarəsində aparılan istintaqla ölkə ərazisində həssas əhali qrupuna aid, eləcə də məhdud hüquqi bilikləri olan şəxslərin müxtəlif vasitələrlə aldadılaraq onların adlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan hüquqi və fiziki şəxslərin təsis etdirilməsi, həmin qurumlar vasitəsilə əmtəəsiz maliyyə əməliyyatlarının aparılması və digər qanunazidd hərəkətlərin törədilməsi faktları üzrə cinayət işi başlanıb.
Aparılmış istintaq tədbirləri ilə çoxsaylı şəxslərdən ibarət olan, daxilində "vəzifə bölgüsü" aparılmış və vahid mərkəzdən idarə olunan mütəşəkkil dəstə tərəfindən qeyd olunan kateqoriyadan olan 300-dən çox şəxsin aldadılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan onların adına ən azı 777 hüquqi şəxs və ən azı 103 fiziki şəxs qeydiyyatdan keçirilməklə, vəzifə saxtakarlığı etməklə çoxhəcmli əmtəəsiz maliyyə əməliyyatları aparılıb yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlətin maliyyə nəzarəti mexanizmlərini zəiflətməklə, yalançı şirkətlər vasitəsilə qeyri-qanuni gəlirləri leqallaşdırmaqla, statistik göstəriciləri saxtalaşdırmaqla ölkə iqtisadiyyatına ümumilikdə 81,5 milyon manatdan çox zərər vurulmasına, eləcə də əldə etdikləri həmin pul vəsaitlərini onların əldə edilməsinin həqiqi mənbəyinin, kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə konversiya etməklə, köçürtməklə, maliyyə əməliyyatları aparmaqla və digər əqdlər həyata keçirtməklə leqallaşdırılmasına, habelə dövlət büdcəsinə məxsus 8 milyon manatdan çox əlavə dəyər vergisi məbləğlərinin dələduzluqla talanmasına əsaslı şübhələr müəyyən edilib.
Həmin cinayətləri törətmiş mütəşəkkil dəstənin rəhbər üzvləri də daxil olmaqla, ümumilikdə 30 şəxs Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə), 193.3.1 (xüsusilə külli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq) , 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan edilib, həmin təqsirləndirilən şəxslərdən 10-nun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, digərləri barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib.
Bundan başqa, istintaqdan qaçıb gizlənən təqsirləndirilən şəxslərdən bəzilərinin barəsində axtarışlar elan edilib.
Hazırda ibtidai istintaq davam etdirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri