Icma.az
close
up
RU
Dövlətimiz üçün tarixi əhəmiyyətə malik bir hadisə baş verdi: Deputat

Dövlətimiz üçün tarixi əhəmiyyətə malik bir hadisə baş verdi: Deputat

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Bu il Qarabağda, Xankəndi şəhərində dövlətimiz üçün tarixi əhəmiyyətə malik bir hadisə baş verdi. Qarabağ Universitetinin açılışı həyata keçirildi. Bu, yalnız təhsil infrastrukturunun genişləndirilməsi deyil, həm də Azərbaycanın suverenliyinin daha da möhkəmləndirilməsi istiqamətində mühim addımdır.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Parlamentarizm: ənənələr və prespektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı zamanı deputat Naqif Həmzəyev deyib.

“Artıq biz 2024-cü ilin sonuna yaxınlaşırıq və bu il ölkəmizdə çox mühüm, əlamətdar hadisələrlə yadda qaldı. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri davam edir. Bu çərçivədə bir çox layihələr tamamlanmış, digərləri isə sürətlə həyata keçirilir. Azərbaycanın milli iradəsi və infrastruktur imkanları bu prosesin yüksək səviyyədə icrasını təmin etmişdir. Artıq uzun illər boyu məcburi köçkün kimi yaşayan bir çox soydaşımız öz doğma yurdlarına qayıdıb. Bu, ölkəmizin sosial ədaləti bərpa etmək yolunda atdığı mühüm addımlardan biridir.”,- deyə o, bildirib.

Naqif Həmzəyev həmçinin bu il Qarabağda, Xankəndi şəhərində dövlətimiz üçün tarixi əhəmiyyətə malik bir hadisə baş verdiyini qeyd edir:

“Bu il Qarabağda, Xankəndi şəhərində dövlətimiz üçün tarixi əhəmiyyətə malik bir hadisə baş verdi. Qarabağ Universitetinin açılışı həyata keçirildi. Bu, yalnız təhsil infrastrukturunun genişləndirilməsi deyil, həm də Azərbaycanın suverenliyinin daha da möhkəmləndirilməsi istiqamətində mühim addımdır. Universitetdə təhsil almağa başlayan azərbaycanlı tələbələr ölkənin elm və mədəniyyət inkişafına mühüm töhfə verəcək.”

Bundan əlavə, deputat COP29 tədbirinə də diqqət ayırıb:

“2024-cü ildə Azərbaycanın dünya səviyyəsində nüfuzunu artıran mühüm beynəlxalq tədbirlərdən biri də BMT-nin İqlim Dəyişikliyi Konfransı COP 29-un ölkəmizdə keçirilməsi oldu. Bu tədbir, Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə fəal iştirak etdiyini və ekoloji problemlərin həlli istiqamətində beynəlxalq tərəfdaşlıqda önəmli mövqe tutduğunu nümayiş etdirdi. Konfransın nəticələri, həm yerli, həm də qlobal səviyyədə, ekoloji sabitliyin təmin olunmasına töhfə verəcəyindən əminik.
Bütün bu nailiyyətlər Azərbaycanın davamlı inkişaf və beynəlxalq miqyasda tanınmış etibarlı tərəfdaş imicini möhkəmləndirdiyini bir daha sübut edir. Ölkəmiz, həm daxili, həm də xarici siyasətində qətiyyətlə irəliləyərək gələcəyə ümidlə baxır. Azərbaycanın inkişafını və yaratdığı yeni reallıqları qəbul etmək istəməyən xarici və sapı özümüzdən olan qüvvələr min oyun qursalar da dövlətimiz və xalqımız onların arzularını ürəklərində qoyacaq.”,– deyə N.Həmzəyev fikirlərini yekunlaşdırıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Dekabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri