Icma.az
close
up
RU
Dövlətimizin başçısının diplomatiyasının sədası Yaxın Şərqdən gəlir ŞƏRH

Dövlətimizin başçısının diplomatiyasının sədası Yaxın Şərqdən gəlir ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 avqust, AZƏRTAC

Uzun illər davam edən müharibədən əziyyət çəkən Suriya yenidən qurulur. Dekabrda Bəşər Əsəd rejimini devrilməsindən sonra formalaşan yeni hakimiyyət bütövlükdə darmadağın edilmiş ölkənin bərpasına çalışır. Bu baxımdan infrastrukturu vətəndaş müharibəsi nəticəsində dağıdılan Suriyaya Azərbaycandan təbii qaz tədarükünün işə salınması bir ölkənin bərpasına göstərilən fundamental dəstək kimi görülməlidir. İllik tədarükün iki milyard kubmetrə çatacağı, elektrik enerjisinin Türkiyədən Suriyaya səkkiz fərqli nöqtədən ixrac ediləcəyi və gələcək illərdə ixrac qabiliyyətinin artırılacağı gözlənilir. Bu prosesdə hər bir aktorun üzərinə məsuliyyət düşür. Rəsmi Ankara Suriyanın yenidən qurulmasında əsas oyunçu mövqeyindədirsə, Azərbaycan da həmin mövqeyə dəstək verərək Suriyanın enerji təhlükəsizliyini təmin edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat deyib: "Bu, böyük bir layihə və tarixi hadisədir ki, müəllifi də Azərbaycan və onun Lideridir. Layihəyə aprel və iyul aylarında Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında əldə olunmuş razılaşmalardan sonra start verildi. Yeni boru kəməri Suriyada elektrik təchizatının gündə 3-4 saatdan 10 saata çatdırılmasına vəsilə olacaq. Azərbaycan qazı, sadəcə, enerjiyə tələbatı ödəmir, həm də Suriyada ümumi gücü 1200 meqavat olan elektrik stansiyalarının yenidən işə salınması üçün istifadə olunacaq ki, bu da bərpa-quruculuq deməkdir. Azərbaycanın həmin ölkəyə qaz tədarükü münaqişədən təsirlənən bölgələrin əsas enerji ehtiyaclarını ödəyəcək. Qaz hasilatının təxminən 750 MVt artırılması həmin ərazilərdə gündə əlavə dörd saat elektrik enerjisi təchiz etməyə imkan verəcək.

Suriyalılar artıq vətənə qayıtmaqlarını gözləyirlər. Bu prosesdə maraqlı tərəflər də çoxdur. Türkiyə müharibə səbəbindən ölkəsini tərk edən suriyalılara öz qapılarını açıb. Avropa ölkələri bu işdə gözləntiləri reallığa çevirmək üçün konkret layihələrin işə salınmasının vacibliyi ilə bağlı çıxış edir. Azərbaycan isə əməli iş ortaya qoyur. Belə ki, insanların vətənlərinə qayıtmaları, onlara şərait yaradılması üçün konkret kömək göstərən ölkəyik. Beynəlxalq aləm də bu məsələdə qətiyyətli addımlar atmalı, Avropa ölkələri suriyalıların ölkələrinə qayıtmaları üçün infrastruktur layihələrini daha güclü dəstəkləməlidir. Türkiyə, Qətər, Azərbaycan və Suriya Hələbdə 5 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək layihəni dəstəkləyir ki, bu neçə-neçə ailənin yuvasında çıraq yandıracaq".

A.Badamov bildirib ki, “Prezident Əhməd Əl Şaraanın keçən il dekabrda vəzifəyə gəlişindən sonra Suriyanın beynəlxalq əlaqələrini yenidən formalaşdıran nəzərəçarpacaq diplomatik dəyişikliklər, bir sıra strateji inkişaflar göz önündədir. Əl Şaraa keçmiş Suriya rejiminin müdafiə müqabilində tətbiq etdiyi əvvəlki qəyyumluq modelindən uzaqlaşaraq, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq və dəstəyi gücləndirmək yolları üzərində çalışır. Azərbaycanın Dövlət Neft Şirkəti ilə Suriyanın keçid hökuməti arasında bu yaxınlarda imzalanmış sənədlərə qədər görüşlər oldu. Bundan əvvəl Azərbaycan və Suriya prezidentləri Antaliyada forum zamanı görüşdülər. Davamında Prezident Əhməd Əl Şaraanın başçılıq etdiyi keçid hökumətinin nümayəndələri iyulun 12-də Azərbaycana səfər etdilər. Məhz həmin səfər zamanı aparılan müzakirələr bir çox məsələyə işıq tutdu. Dövlətimizin başçısı müvafiq tapşırıq və göstərişlərini rəhbər tutan Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Suriyada səfərdə oldular. Hər iki səfərlə Suriyanın bərpa və quruculuğu prosesinə Azərbaycanın hansı formada dəstək verə biləcəyi məsələləri dərindən öyrənildi. Qeyd olundu ki, Azərbaycanın Türkiyə vasitəsilə Suriyaya təbii qaz nəqli ölkəmizin bərpa-quruculuqda iştirakının, Yaxın Şərq siyasətinə isə qətiyyətlə addımladığının göstəricisidir. Azərbaycanın Avropa, Mərkəzi Asiyadan sonra Yaxın Şərqdə yürüdülən aktiv siyasəti Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsidir. Dövlətimizin başçısının diplomatiyası indi də Yaxın Şərqin qurulmasına töhfə verir. Bu da Azərbaycanın etibarlı tərəfdaş imicinə müsbət təsir edir.

Bu, açılan fürsət pəncərəsi o deməkdir ki, Suriya qısa zaman kəsiyində dirçəlsin və beynəlxalq münasibətlər sisteminin subyekti kimi öz ayaqları üzərində dayana bilsin. Potensial imkanlar Türkiyəyə və İraqa ixrac istiqamətində genişləndirilir. Suriya Prezidentinin səfəri zamanı müzakirə olunan mövzulardan biri də məhz bu idi. Əsası Avropa olmaqla 12 ölkəyə qaz ixrac edən Azərbaycan üçün Yaxın Şərq olmaqla yeni bir coğrafiya formalaşır. Digər bir mühüm amil də var: Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri də dağıdılmış vəziyyətdədir. Onun bərpası mümkünlüyü isə Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılması perspektivini vəd edir. Bu, həm də Azərbaycanın elektrik enerjisi istehsalının genişləndirilməsi şansını yaradır. Azərbaycan Yaxın Şərq regionuna da elektrik enerjisi ixrac edə bilmə potensialındadır. Hadisələrin uğurlu və sürətli inkişaf tendensiyası həmin hədəfin də reallaşacağından xəbər verir.

Azərbaycan qazının diversifikasiya imkanları genişlənir. Qaz Kilisdən keçməklə Türkiyə-Suriya boru kəməri ilə nəql olunur ki, bu da Türkiyənin çoxdan aktivləşdirməyə ümid etdiyi, lakin Bəşər Əsəd dövründə Suriyanın əvvəlki administrasiyası ilə siyasi gərginliklər səbəbindən hərəkətsiz qalan bir infrastruktur layihəsidir. Odur ki, həyata keçirilən layihənin məqsədi Suriya üçün sabit qaz və elektrik enerjisi təchizatını təmin etmək və onun yenidənqurma səylərinə töhfə verməkdir.

İnfrastruktur olduqca nəhəngdir. İldə iki milyard kubmetrə qədər Azərbaycan qazını nəql etmək qabiliyyətindədir ki, bu da layihənin strateji mühüm mərhələ olduğunu göstərir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Avqust 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri