Icma.az
close
up
RU
Dövlətimizin başçısının müsahibəsində söylədiyi fikirlər Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyinin təqdimatıdır RƏY AZƏRTAC

Dövlətimizin başçısının müsahibəsində söylədiyi fikirlər Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyinin təqdimatıdır RƏY AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 19 dekabr, AZƏRTAC

Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürüdən ölkə kimi böyük nüfuza malikdir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan qlobal layihələr ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirməklə yanaşı, onu dünya miqyasında etibarlı tərəfdaşa çevirib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində qeyd etdiyi kimi, həm Qərbdə, həm də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən, tamamilə müstəqil aktor kimi qəbul edilir. Eyni zamanda, ölkəmiz həm Rusiya, həm də NATO üzvü Türkiyə ilə müttəfiqlik əlaqələrinə malikdir. “Bu yanaşma, müasir Azərbaycanın regional və beynəlxalq müstəvidə yürütdüyü xarici siyasətin xüsusiyyətlərini açıq şəkildə ifadə edir. Azərbaycan ötən illər ərzində uğurlu xarici siyasət yürüdərək beynəlxalq miqyasda bütün tərəflərlə əməkdaşlıq münasibətlərinə malikdir. Beləliklə, Azərbaycanın həyata keçirdiyi çoxtərəfli diplomatiya gələcəkdə qlobal miqyasda baş verə biləcək gərginliklərin qarşısının alınmasına da önəmli töhfə verə bilər”, - deyə M.Qasımlı vurğulayıb.

Azərbaycan Prezidentinin müsahibədə Ermənistanın silahlandırılması, həmçinin sülh sazişi üzrə aparılan danışıqlarla bağlı önəmli məqamlara dair ölkəmizin mövqeyini bir daha bəyan etdiyini söyləyən deputat bildirib ki, dövlətimizin başçısı Fransa, Hindistan və ABŞ tərəfindən Ermənistana öldürücü hücum silahlarının tədarükünün Azərbaycan üçün praktik təhlükə yaratdığını vurğulayıb. Deputat deyib: “Azərbaycan dəfələrlə bəyan edib ki, ölkəmizə, xalqımıza qarşı istənilən təhdidin qarşısı dərhal alınacaqdır. Bu cür təhdidlər fonunda, Azərbaycan da özünün hərbi qüdrətini davamlı şəkildə artırır. Təbii ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz vəsaiti hesabına hərbi potensialını artırmaqdadır. Bu xüsusda, qarşıdan gələn ildə də müdafiə xərclərinə təxminən 5 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulub. Təbii ki, Ermənistanın silahlandırılması, bu ölkəyə müdaxilələr regionda sabitliyin bərqərar olmasına, inkişafa ciddi maneə törədir. Həmçinin Ermənistanın silahlandırılması fonunda Avropa İttifaqının heç bir lüzum olmadığı halda Azərbaycan ilə sərhəddə məqsədli şəkildə missiyasını davam etdirməsi ölkəmizin maraqlarına tamamilə ziddir və regionda gərginliyin artırılmasına xidmət edir. Həmçinin missiyanın tərkibinin genişləndirilməsi, kanadalı müşahidəçilərin cəlb edilməsi missiyanın məqsədinin xoşməramlı olmadığını açıq şəkildə göstərir. Bu xüsusda, müsahibədə möhtərəm Prezidentimiz açıq şəkildə bəyan etdi ki, Ermənistan tərəfindən Azərbaycan ilə sərhəddə başqa ölkələrin nümayəndələrinin yerləşdirilməməsi ilə bağlı ölkəmizin tələbinin qəbulu və icrası zəruridir. Sülh danışıqları üzrə razılaşdırılmayan digər maddə isə tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan əl çəkmələri ilə bağlıdır. İşğal dövründə Ermənistan tərəfindən Azərbaycana 150 milyard dollardan çox zərərin vurulması ilə bağlı faktın özü təbii ki, maddənin Ermənistanın üçün də məqbul olduğunu göstərir”.

Deputat bildirib ki, müsahibəsində dövlətimizin başçısı cari ilin noyabrında ölkəmizin yüksək təşkilatçılığı ilə keçirilən COP29 tədbiri ilə bağlı məsələyə də xüsusi diqqət yetirdi. Azərbaycan 11 ay ərzində mötəbər konfransın yüksək səviyyədə təşkili üçün bütün məsələləri uğurla həyata keçirdi. Yetmiş mindən çox insanın qatıldığı konfrans tarixi nailiyyətlərlə yadda qaldı. “Bakı dönüşü” adlandırılan konfransda karbon bazarları üzrə 2015-ci ildən müzakirə olunan məsələnin razılaşdırılması xüsusi önəm kəsb edir.

“Təbii ki, ölkəmizin qazandığı uğurlar bəzi dairələr, o cümlədən Fransada hakimiyyətdə olan Makron rejimi tərəfindən qısqanclıqla qarşılanır. Xüsusilə Azərbaycanın Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı qələbələr, regionda yaranan yeni reallıqlar onları narahat edir. Lakin bütün bu qısqanclıqlar heç bir nəticə vermir və verə də bilməz. COP29 tədbiri bir daha göstərdi ki, Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyaları, yalan xəbərlər heç bir nəticə verə bilməz. Bir sözlə, dövlətimizin başçısının “Rossiya Seqodnya”ya müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinin təqdimatıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri