Icma.az
close
up
RU
Dövlətimizin imicinə qarşı fəaliyyət göstərən hər bir təşkilatın aqibəti bu şəkildə olacaq Deputat

Dövlətimizin imicinə qarşı fəaliyyət göstərən hər bir təşkilatın aqibəti bu şəkildə olacaq Deputat

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

USAİD dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT maliyyələşdirib. Buradan aydın olur ki, Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsindən başlayaraq bu günə kimi, həmçinin müharibə vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada aparılan çirkin kampaniyanın arxasında kim durur.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Hikmət Babaoğlu bildirib ki, informasiya cəmiyyətində milli iradə üzərində diqtə etmək üçün ən səmərəli vasitələrdən biri mediadır:
“Buna görə də USAİD kimi təşkilatlar ilk növbədə öz məqsədlərini həyata keçirmək üçün informasiya subyektlərinə üz tuturlar. Artıq yayılan məlumatlardan da bəlli olur ki, öz məqsədlərini çatmaq üçün USAİD dünyada 700-dən çox media və 7000-ə yaxın jurnalist və yaxud jurnalistika sahəsində çalışan QHT-lərlə öz məqsədlərini çatmaq istəyib və onları maliyyələşdiribdir. Şübhəsiz ki, hazırda hibrid müharibələrdən danışan zaman bir də informasiya müharibəsindən danışırıq. Yəni, informasiya müharibəsi ən tez nəticə verə bilən və məqsədə gedən ən yaxın yolu təmin edən bir yoldur.  Eyni zamanda beynəlxalq təşkilatları dövlətə qarşı qaldırmaq, ictimai rəyi dövlətin əleyhinə yönləndirmə funksiyasını asanlıqla yerinə yetirə bilir”. 
Deputat əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi bütün qlobal tədbirlərin hamısında Azərbaycana qarşı antitəbliğat kampaniyası aparan təşkilatlardan biri də USAİD olubdur:
“Ən son COP29-da da müəyyən cəhdlər edildi. Düşünürəm ki, bu cəhd yenə uğursuz cəhd oldu. Amma bu da məsələnin hamısı deyil. Bizim üçün çox prinsipial bir məsələ idi, Azərbaycanın suveren hüquqlarını hər bir qarış ərazisində bərpa etmək. 2023-cü ildə buna nail olduq. Həmçinin, 2023-cü  ildə Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda aksiya keçirilirdi. Bu zaman da USAİD Azərbaycana qarşı antitəbliğat aparmaqla məşğul idi. Ona görə də hazırda Azərbaycan bu təşkilatın fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-a məktub göndərib. Bunun anonsunu əslində Azərbaycan Prezidenti hələ ötən ilin sonlarında demişdi. Milli maraqlarımıza ziyan vuran, dövlətimizin imicinə qarşı fəaliyyət göstərən hər bir təşkilatın aqibəti bu şəkildə olacaq”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Fevral 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri