Icma.az
close
up
RU
Deputat: Dövlətimizin qüdrəti, Paşinyanın Azərbaycan musiqisi sədaları altında addımlaması…

Deputat: Dövlətimizin qüdrəti, Paşinyanın Azərbaycan musiqisi sədaları altında addımlaması…

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan həyata keçirdiyi uğurlu xarici siyasətlə özünü dünyada etibarlı tərəfdaş kimi tanıda bilib. Ölkəmiz, eyni zamanda, dünyanın müxtəlif qütblərini təmsil edən dövlətlərlə də uğurlu əməkdaşlıq qurub. Bu sırada, təbii ki, yeni dünya düzənində həm güclü iqtisadiyyat, həm də siyasi iradəyə malik Çin xüsusi rol oynayır və Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması milli maraqlarımız baxımından böyük əhəmiyyətə malikdir. Çin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqil siyasətinə daim dəstək göstərib. Azərbaycan isə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk gündən dəstəkləyib və onun Avropaya çıxışında əsas tranzit həlqələrdən birinə çevrilib. İkitərəfli münasibətlərdə siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Azərbaycan Çinin Cənubi Qafqaz regionunda əsas tərəfdaşı kimi çıxış edir və strateji infrastruktur layihələrində Pekinlə sıx əməkdaşlıq edir”.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Çin səfəri, Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirakı bir sıra mühüm məqamlarla yadda qaldı. “Əvvəla Azərbaycan liderinin Çində qarşılanma mərasiminin təmtərağı dünya mediasının da diqqətini çəkdi və ölkəmizlə təhdid dilində danışmaq niyyətində olanlara dövlətimizin və rəhbərinin qüdrətini göstərdi. Bu qüdrət Ermənistan baş nazirinin Azərbaycan musiqisi sədaları altında addımlamasından tutmuş, Pakistan, Türkiyə kimi Şərqin hərbi və siyasi gücləri ilə münasibətlərinin fonunda da göründü. Bu mənada Prezidentin Çin səfəri həm də Azərbaycanın dünya siyasi və iqtisadi zirvəsinin fəthi idi. Prezident İlham Əliyevin Tiencində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirakı Azərbaycanın çoxvektorlu xarici siyasətinin, Avrasiya məkanında artan strateji rolunun və regional əməkdaşlığa verdiyi önəmin növbəti təsdiqidir. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi xəritənin sürətlə dəyişdiyi bir zamanda Azərbaycanın belə platformalarda fəal iştirakı ölkənin maraqlarının təmin olunması, yeni iqtisadi imkanların əldə edilməsi, regional təhlükəsizlik sisteminə töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - o qeyd edib.
Deputat əlavə edib ki, bu nüfuzlu təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-dəki statusunu yüksəltmək niyyətindədir: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regional gücə çevrilən, tarixi Zəfərdən sonra yeni reallıqlar yaradan Azərbaycan ŞƏT üçün də böyük önəm daşıyır. Təbii ki, bunun da əsasında bir sıra mühüm amillər dayanır. Azərbaycan gənc, müstəqil dövlət olmasına baxmayaraq, dünyada özünü mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib.
Eyni zamanda, Zəfər savaşının reallığı kimi gerçəkləşən Zəngəzur dəhlizi də Azərbaycan–Çin əməkdaşlığında yeni imkanlar açır. Çin üçün bu marşrut Orta Dəhlizin səmərəliliyini artırmaqla yanaşı, “Bir kəmər, bir yol” təşəbbüsünün Cənubi Qafqaz üzərindən daha geniş inteqrasiyasını təmin edəcək. Azərbaycanın təşəbbüsü ilə reallaşacaq bu layihə həm də regionda yeni əməkdaşlıq modelinin əsasını qoya bilər. Məhz bu səbəbdən Çin dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi ilə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir.
Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri artıq təkcə ikitərəfli deyil, həm də regional sabitlik və beynəlxalq əməkdaşlıq baxımından nümunəvi modelə çevrilməkdədir. Xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq çərçivəsində atılan addımlar Azərbaycanın milli maraqları ilə tam şəkildə üst-üstə düşür. Bu, həm regional, həm də beynəlxalq platformalarda Azərbaycanın mövqeyini daha da gücləndirir və ölkəmizin gələcək strateji hədəflərinə xidmət edir”.
 Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri