Icma.az
close
up
RU
DÖVLƏTİN 100 MİLYONUNU TALAN ETDİLƏR Həbs olunan iş adamları kimlərdir?

DÖVLƏTİN 100 MİLYONUNU TALAN ETDİLƏR Həbs olunan iş adamları kimlərdir?

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus “Aqrarkredit” QSC-dən külli miqdarda krediti təyinatı üzrə xərcləmədiyi səbəbindən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir neçə sahibkarın saxlanıldığı barədə məlumat vermişdik.

Xatırladaq ki, əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olan Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıb. İlkin ittihama görə, sözügedən şirkət rəhbərləri kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit alıblar. Lakin araşdırma zamanı müəyyən edilib ki, həmin vəsaitlər təyinatı üzrə istifadə olunmayıb, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi ehtiyaclara sərf edilib. Təqsirləndirilən şəxslərə qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham verilib və məhkəmənin qərarı ilə hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O da iddia olunur ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev (“Şapka Mamed”kimi də tanınır-red) barəsində də cinayət təqibi aparılır. Təsadüfi deyil ki, həbs edilənlər Tofiq Musayev “Şapka Mamed”in qardaşının oğludur, Fazil Rüstəmov isə Azərbaycan Sahibkarlar Konfederasiyasında onun müavin işləyib.

“Aqrarkredit” QSC-nin əsas məqsədi sahibkarlıq subyektlərinin, xüsusilə regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və güzəştli kreditlərin verilməsidir.“Aqrarkredit” QSC 12 regional filialı vasitəsi ilə ölkənin bütün şəhər və rayonlarında hüquqi və fiziki şəxslərə, borclular qruplarına, ailə kəndli təsərrüfatlarına kredit xidməti göstərir. 2026-cı ilədək ümumilikdə 41 mindən artıq biznes layihəsi üzrə 1.5 mlrd. manat kredit xidməti göstərmişdir. M.Musayev düz 24 il səhmləri tamamilə dövlətə məxsus olan “Aqrarkredit” ə rəhbərlik edib. Amma ötən il Sahil Babayev maliyyə naziri təyin ediləndən bir müddət sonra o, vəzifəsində kənarlaşdırılıb.

Yeri gəlmişkən, hazırda “Aqrarkredit” QSC-nin Müşahidə Şurasının sədri Anar Kərimovdur. O, BDU-nun məzunudur, 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) Beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb. 2001-ci ildə ABŞ-Azərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və İqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib. 2019-2025-ci illərdə o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini təyin olunub. 2025-ci ilin iyun ayından “Aqrarkredit” QSC-nin Müşahidə Şurasına sədridir.

Həbs edilən şikrkət rəhbərləri haqda məlumat olduqca azdır. 2004-ci ildən dövlət qeydiyyatından keçən “ Şurabad Quşçuluq” Xızıda fəaliyyət göstərib. Məlumdur ki, Şurabad (rəsmi adı Şorabad) Xızıda yerləşən qəsəbədir.“Şurabad Quşçuluq” uzun illər cücəni İrandan gətirib. Əvvəl İllik istehsalı 300 min baş diri quş olub. İnternet resurslarında illər öncə MMC-nin Avropa ölkələrindən yeni inkubator avadanlıqları alacağı, Azərbaycanda özünü cücə ilə təmin edən ilk fabrikyaradılacağı, yumurta satışına başlayacağı, həmçinin diri cücənin və quş ətinin Gürcüstana və digər ölkələrə ixracı həyata keçiriləcəyi haqda rəsmi informasiya var. Şirkətin Azərbaycanən digər şəhərlərində də özəl satış bazaları, fabrikləri olduğu bildilirdi.

Həbs edilənlərdən M.Musayevin Konfederasiyada müavini olan Fazil Rüstəmov haqda da məlumat demək olar ki, yoxdur. Araşdırmamız göstərdi ki, qurumun rəsmi internet saytında Konfederasiyanın nə İdarə Heyətində, nə Diurektoluğunda F. Rüstəmovun adı var. Məlumat üçün qeyd edək ki, M.Musayevin hələ də rəhbərlik etdiyi Sahibkarlar Konfederasiyası 5 mart 1999-cu ildə təsis edilib və dövlət qeydiyyatına alınıb. Vikipediya məlumatlara görə, Konfederasiyanın Azərbaycanın 5 rayonunda bütün respublikanı əhatə edən regional nümayəndəliyi fəaliyyət göstərir.Konfederasiya nizamanəməsində göstərilir ki, məqsədi müvafiq dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə etməkdir.

"Şurabad Broyler" də Xızıda fəaliyyət göstərib, hətta Azərbaycanı beynəlxalq qida sərgisində təmsil də edib. Sahibkarlığa Kömək Milli Fondu da böyük ehtimalla onlara kredit verib, çünki hələ 2010-cu ildə Xızı rayonundakı illik istehsal gücü 11 milyon ədəd damazlıq yumurta olan "Şurabad Broyler" ASC və illik istehsal gücü 12 milyon ədəd damazlıq yumurta və 2,5 min ton quş əti olan "Şurabad Quşçuluq" MMC-də aparılan tikinti işlərinə baxış keçirilməsi haqda informasiyalar var./musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Avqust 2026 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri