Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

“Dövlətin dəstək, qayğı, hörmət və ehtiramından kənarda qalmışıq” MİN NƏFƏRƏ YAXIN HƏRBİ QULLUQÇU ADINDAN PREZİDENTƏ MÜRACİƏT

“Dövlətin dəstək, qayğı, hörmət və ehtiramından kənarda qalmışıq” MİN NƏFƏRƏ YAXIN HƏRBİ QULLUQÇU ADINDAN PREZİDENTƏ MÜRACİƏT

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının min nəfərə yaxən hərbi qulluqçusu adından “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Aidiyyəti qurumlara müraciət edən şikayətçilər uzun illərdir mənzillə təmin olunmamalarına etiraz edirlər:

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsi olan Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan hərbi qulluqçuları olaraq, hazırkı müraciətimizlə bizim üçün həyati əhəmiyyət kəsb edən və artıq uzun müddətdir ki, ağrılı sosial problemə çevrilən mənzil təminatı ilə bağlı problemlərimizi diqqətinizə çatdırmaq istərdik.

İstər Dövlət Sərhəd Xidmətinin, istərsə də Daxili Qoşunların hərbi qulluqçuları dövətimizin ərazi bütövlüyü və suverenliyi yolunda qəhrəmancasına şəhid olmuş, bu gün də həmin qurumların sıralarında minlərlə əlil və Vətən müharibəsi iştirakçısı (müharibə veteranları), Azərbaycanın Milli Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları, həmçinin müxtəlif orden və medallarla təltif edilmiş şəxslər vardır.

Belə ki, qüvvədə olan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respub-likasının Qanununun 12-ci maddəsinə əsasən, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları mənzillə təmin olunmalı olduqları halda, bizlər uzun illərdir müvafiq icra hakimiyyəti orqanları (DİN və DSX) tərəfindən mənzillə təmin olunmuruq. Çoxsaylı müraciətlərimizə verilən oxşar, eyniməzmunlu (şablon xarakterli) cavablarda bildirirlər ki, ehtiyatda və istefada olan hərbi qulluqçular mənzillə təmin olunmalıdırlar, lakin mənzil tikintisi üçün Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmadığından və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli, 1476 nömrəli Fərmanı Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hüquqlarını məhdudlaşdırdığından, bu kateqoriyadan olan ehtiyatda və istefada olan hərbi qulluqçuları mənzillə təmin edə bilmirik.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il, 15 noyabr tarixli, 1476 nömrəli Fərmanının Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularına münasibətdə tətbiq edilməməsi gənc nəsil arasında sərhədçi, həmçinin dövlətimizin konstitusiya quruluşunu qoruyacaq zabit peşəsinə marağı kəskin surətdə azaltmış (Bunu DSX-nin və DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəblərinə sənən verən abituriyentlərin sayına baxdıqda, asanlıqla görmək mümkündür), hərbi qulluqçuların qanunvericiliklə nəzərdə tutulmuş müddətdən əvvəl hərbi xidmətdən tərxis olunma dinamikası artmışdır ki, bu da çox mürəkkəb geostrateji regionda yerləşən dövlətimizin gələcək suverenliyi, ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı və konstitusiya quruluşu üçün ciddi risk hesab oluna bilər.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il, 15 noyabr tarixli, 1476 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında “Silahlı Qüvvələr” sözləri “Azərbaycan Ordusu” (yalnız Müdafiə Nazirliyi) sözləri ilə əvəz olunduqdan sonra həmin Fərmanın müddəaları bizələrə şamil edilmədi. Bununla, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının bütün ümidləri puç olmaqla yanaşı, hamının qanun qarşısında bərabərlik və ədalət prinsipləri kobud surətdə pozuldu.

Göründüyü kimi, bu gün Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hərbi qulluqçularının mənzillə təminat məsələsində ayrı-seçkilik qoyulur. Silahlı Qüvvələrin tərkibində eyni statusa malik hərbi qurumların hərbi qulluqçuları olan DSX və DQ-nin hərbi qulluqçuları mənzillə təmin edilmirlər. Yalnız Azərbaycan Ordusunun (Müdafiə Nazirliyi) hərbi qulluqçuları mənzil novbəsinə qoyulurlar.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci (Bərabərlik hüququ), 26-cı (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi) və 71-ci (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) maddələrinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun müddəaları rəhbər tutulmaqla Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularına münasibətdə də tətbiq olunmasını tələb edirik.

Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanına əsasən yalnız Azərbaycan Ordusunu (Müdafiə Nazirliyi) hərbi qulluqçularınin evlə təmin edilməsi, digər birləşmələrin hərbi qulluqçularınin isə öz qurumlarından evlə təmin edilməsini qeyd edir.

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının icrası ilə əlaqədar yalnız Müdafiə Nazirliyinin strukturunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı qeyd edilib.

Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlar “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci hissəsini əsas gətirərək, Silahlı Qüvvələrin ehtiyatında olan zabitlərin mənzillə təminatının Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının səlahiyyətləri çərçivəsində olmaması, mənzillə təmin edilməsi üçün yaşayış yeri üzrə qeydiyyata əsasən rayon İcra hakimiyyətinə və ya fərdi yaşayış evinin tikintisi üçün yerli bələdiyyələrə müraciət edilməsi, mənzil və ya torpaq sahəsi alınanadək Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğ və qaydada kirayə haqqının dövlət hesabına ödənilməsi göstərilmişdir.

Rayonların icra hakimiyyətləri bu və ya digər rayonda mənzil tikmək məqsədi ilə vəsait ayrılmadığını, rayonda ehtiyat mənzillərin olmadığını bildirir.

Bələdiyyələr isə torpaq sahələrinin olmamasını bildirirlər.

Cavablardan göründüyü kimi, bu günə qədər fərdi və ya kollektiv qaydada müraciət etdiyimiz qurumlar tərəfindən bizə dəqiq və dolğun cavab verilməmişdir. Beləliklə də, biz, suveren və müstəqil Vətəninə sadiq olan, ömrünün məhsuldar dövrünü ailəsi ilə birlikdə məişət şəraiti olmayan bölgələrdə ordu quruculuğuna sərf edən hərbi qulluqçular, “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli 36 nömrəli Azərbaycan Respublikasının Qanununun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin, həmçinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanın tələblərindən yararlanmır, dövlətin dəstək, qayğı, hörmət və ehtiramından kənarda qalmaqla sosial problemlərlə üzləşirik. Bu səbəblərdən də Silahlı Qüvvələrdən tərxis olunduqdan sonra bizim hansı yerdə mənzillə nə vaxt təmin olunacağımız bəlli deyil və bu, ciddi sual olaraq qalmaqdadır.

Ehtiyatda olan zabit-gizirlərin, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının (MAHHXHQ) bir qismi xidmətdə olduğu müddətdə evlə təmin edilmədiyi üçün, onlar məcbur qalaraq hərbi qulluqçulara verilən ipotekadan yararlanırlar. Təqaüddə olaraq yaşı ötmüş, səhhətində müəyyən problemlər olan heyətin aldığı pensiyasının yarı hissəsinin ipotekaya ödəməklə əziyyət çəkməsi, bugünkü dövrün böyük çətinliyi kimi qəbuledilməzdir. Bizimlə birgə əziyyət çəkən, ömür boyu kirayələrdə yaşayan ailə üzvlərimiz (ipoteka da -“mədəni formada qeydiyyata alınmış kirayə” deməkdir), aldıqları pensiyanı kirayə və ya ipotekaya ödəyir. Belə olan halda evsiz-eşiksiz hərbi qulluqçular nə etsin və mənzillə təmin edilməyimiz üçün kimə müraciət etməliyik?!”

Hərbi qulluqçular mənzil təminatı ilə bağlı aşağıdakıları təklif edirlər:

- Yuxarıda göstərilən və istinad edilən qanunlara, fərman və sərəncamlara əsasən pozulmuş hüquqlarımız bərpa edilməsi;

- 26 sentyabr 2016-cı ildə keçirilmiş Ümumxalq səsverməsində (Referendum) qəbul edilən “Azərbaycan Respublikasının Konstitutsiyasında dəyişikliklər edilməsi haqqında” Fərmana görə Azərbaycan Respublikasının Referendum Aktının 9-cu maddəsinin 1-ci bəndinə əsasən DSX və Daxili Qoşunların Silahlı Qüvvələrə aid edilməsi barədə Maliyyə və Müdafiə Nazirliklərinə yazılı göstərişlər verilməsi;

- “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Maliyyə Nazirliyində yaradılmış Komissiyada Dövlət Sərhəd Xidməti  və Daxili Qoşunlardan da səlahiyyətli nümayəndə təyin olunaraq bu qurumların  hərbi qulluqçularının mənzil qeydiyyatına götürülməsi;

- DSX və Daxili Qoşunlarda 1992-ci ildən xidmətə başlayan və 20 təqvim ili və daha cox xidmət edən tərxis olunmuş hərbi qulluqçularıın siyahısı aidiyyəti qurumlarda hazırlanmaqla Maliyyə Nazirliyinə göndərilməsi;

- Veriləcək mənzil olmadıqda əvəzinə birdəfəlik pul kompensasiyası ilə təmin edilməsi;

- Silahlı Qüvvələrin tərkib hissəsi sayılan hərbi birləşmələr tərəfindən təqaüddə olan h/q-ra pasport qeydiyyatına görə Rayon İcra Hakimiyyətləri tərəfindən mənzillərin tikintisi üçün vəsait ayrılması.

- “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 20 maddəsinin 20.14 və 20.14.1-ci bəndlərinə uyğun hesablamada ayrı-seçkiliyə yol verilməsin. Yəni, Nazirlər Kabinetinin 01.07.2017-ci il tarixli 242 qərarına əsasən Müdafiə Nazirliyi istisna olmaqla, başqa silahlı birləşmələrin hərbi qulluqçuları üçün qulluq stajına görə əlavələrin hesablanmasında xidmət illərinə görə 3%-lə deyil, 2%-lə hesablanmasının ləğv edilməsi.

Sonda Prezident İlham Əliyevə müraciət edən hərbi qulluqçular xahiş edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci (Bərabərlik hüququ), 26-cı(İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi) və 71-ci (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) maddələrinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun müd-dəalarını rəhbər tutaraq, Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularına münasibətdə də tətbiq  olunmasına, həmçinin müvafiq mərkəzi icra hakimiyyəti orqanları qarşısında ehtiyatda və istefada olan hərbi qulluq-çuların mənzillə təmin edilməsi istiqamətində qanunamüvafiq tədbirlərin həyata keçirilməsinə göstəriş versin.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Aidiyyətu qurumların mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Fevral 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see411

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see383

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see341

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see317

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see314

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see287

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see276

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see269

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see255

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see241

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see229

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see228

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see227

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see226

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see198

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see141

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri